KiVDF-yə ayrılan pulun miqdarı məlum oldu

img

22-10-2012 [01:23]


Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsində Kütləvi İnformasiya Vasitələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi məqsədilə ayrılacaq maliyyə vəsaitinin məbləğini dəqiqləşib. Məlum olub ki, gələn il Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna bu illə müqayisədə xeyli çox vəsait ayrılması nəzərdə tutulub. Belə ki, 2013-cü ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna (KİVDF) 3 milyon 896 min 800 manat vəsait nəzərdə tutulub. Bu, ötən illə müqayisədə xeyli çoxdur. 2012-cu ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 3 milyon 870 min 608 manat vəsait ayrılmışdı. Modern.az büdcədən KİVDF-yə ayrılan vəsaitlə bağlı Fondun icraçı direktoru Vüqar Səfərlidən münasibət öyrənməyə çalışıb. V.Səfərli deyib ki, nə qədər çox vəsait ayrılarsa, o qədər yaxşıdır. modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA