Gənc Ailələrə Sosial və Psixoloji Dəstək ictimai Birliyi tələb edir

img

20-10-2012 [11:11]


Gənc Ailələrə Sosial və Psxoloji Dəstək İctimai Birliyi 20 oktyabr mitinqində iştirak edən qadınlara qarşı edilən alçaldıcı davranışları pisləyən münasibət bildirib. İB-in sədri İradə Cəlilovanın sözlərinə görə, Azərbaycan polisinin sərbəst toplaşmaq azadlığı hüququnu həyata keçirən qadınlara qarşı edilən hərəkətləri milli dəyərlərə ziddir. "Qadınların səkilərdə sürüdülməsi, əl-ayaqlarından tutub cansız əşya kimi daşınması, təhqir edilməsi ən azından bizim milli mentalitetimizə uyğun deyil. Onlara qarşı belə kobud davranan polis əməkdaşlarının cəzalandırılmasını tələb edirik. Unutmayın bu gün toxunduğunuz, əzib keçdiyiniz, tapdadğınız, sürüyüb apardığınız qadınların yerində sizin ananız, bacınız, yaxınlarınız da ola bilər". Qeyd edək ki, GASPDİB sədri Azərbaycan polisinin bu davranışı sərbəst toplaşmaq haqqında Azərbaycan Respublikası Qanununa, Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi haqqında BMT Konvensiyasına, İnsan hüquq və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına, Ümümdünya İnsan Hüquqları haqqında Bəyannamənin müddəalarına zidd olduğunu qeyd edir. Nəzərinəz çatdıraq ki, 20 oktyabr Fəvvarələr meydanında keçirilən mitinq zamanı bir qrup qadın polis zorakılğı ilə üzləşib. Mitinq zamanı Gözəl Bayramlı,Natəvan Səlimzadə,Zərifə Mehtiyəddinova,Nüşabə Atakişiyeva, Xanım Mustafayeva,Kəmalə Bənənyarlı, Rəfiqə Qurbanlı, Şəhla Hacıyeva,Vüsalə Abbasova, Şərəbanı Hüseynli, Təranə Hüseynova, Aygün Abdullayeva, Nərgiz Yaqublu polis zorakılığına məruz qalaraq, həbs edilib. GASPDİB bu hadisəni qadınlara qarşı ayrı-seçkilik kimi dəyərləndirir. "Qeyd edim ki, Azərbaycan polisinin bu davranışı sərbət toplaşma haqqında Azərbaycan Respublikası qanunu pozub. Qanunun 3 cü maddəsində qeyd edilir ki, qanunda istifadə edilən ?toplantı? anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Biz birliyimiz adından qadınların həbsdən azad edilməsini tələb edirik!"

Digər xəbərlər
SON XƏBƏRLƏR