Quba olayında tutlan jurnalistdən zok məktub

img

16-10-2012 [11:57]


Quba hadisələri zamanı həbs edilən ?Xəyal TV?nin icraçı direktoru Vüqar Qonaqov ?Azadlıq?a həbsi müddətində ona verilən fiziki və mənəvi işgəncələri əks etdirən məktub göndərib. [b]?Məni təhqir edir, hədələyirdilər?[/b] V.Qonaqov əvvəlcə həbsinin necə həyata keçirildiyinə aydınlıq gətirib: ?Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər Üzrə Istintaq Idarəsi mənim və həmkarım - ?Xəyal TV"nin baş redaktoru Zaur Quluyevin Qubada məlum videoçarxları hazırladığımızı və internetdə yerləşdirdiyimizi iddia edir. Və bizi CM-nin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirir. Bu idarənin təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsi 15 mart 2012-ci il tarixdə barəmdə həbs-qətimkan tədbiri seçib. Martın 13-də saat 15 radələrində Quba rayon prokuroru Nazim Əliyev məni prokurorluğa çağırdı. Saat 15:30-17:30 radələrində Baş prokurorluq, MTN, Quba Prokurorluğu Xəyal TV-nin redaksiyasına, jurnalistlərin iş otaqlarına baxış keçiriblər. Bərk xəstə idim. Qızdırmam var idi. Gecə ikinin yarısı məni Quba rayon Polis Idarəsinə apardılar. Gecəni orada saxladılar. Səhər məni, Zaur Quliyevi, C.Məmmədli və Vahid Ibrahimovu Bakıya - Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirdilər. Idarənin zirzəmisində yerləşən müvəqqəti saxlama təcridxanasına saldılar. Qızdırmam hələ də var idi, halsız idim. Kamerada oturmayıb çarpayının üzərində uzandığıma görə oranın rəisi və nəzarətçiləri məni dəfələrlə təhqir etdilər. Mənim xəstə olduğum, uzun qızdırmadan halsızlaşdığım, uzanmağa, bir az dincəlməyə və müalicə olunmağa ehtiyacım olduğunu deməyim onları qəzəbləndirir, məni təhqir edir, hədələyirdilər". [b]?Haray-fəryad səsləri məni yatmağa qoymurdu?[/b] V.Qonaqov deyir ki, martın 14-də saat 15.00 radələrində onu izahat verməyə aparıblar. Izahat verərkən Baş Prokurorun birinci müavini Rüstəm Usubov, Istintaq Idarəsinin rəisi Eldar Əhmədov, daxili işlər nazirinin müavini Vilayət Eyvazov, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş Idarəsinin rəisi Mirqafar Seyidov və DIN BII-nin rəisi Arzu Daşdəmirov, müstəntiq Vüqar Nəsibov da orada olub: ?Sorğu-sualı Vilayət Eyvazov edirdi. Arada Eldar Əhmədov da müdaxilə edirdi. Ardıcıl iki gün ərzində Vüqar Nəsibov, Orxan Dəmirov, Səfərov soyadlı müstəntiqlər ayrı-ayrılıqda, eləcə də Mirqafar Seyidov, Arzu Daşdəmirov və Eldar Əhmədov məndən izahat alırdılar. Məni ciddi şəkildə hədələyirdilər. Əsəbilərim tarıma çəkilmişdi. Qəsdən mən olan kameranın yanında kiməsə işgəncə verilirdi. Onun haray-fəryad səsləri məni yatmağa qoymurdu. Mirqafar Seyidova bu barədə şikayət etdim. O isə cavabında mənə dedi ki, azca səhv etsəm, növbə mənim olacaq. Martın 17-də gecə saatlarında hərarətim çox yüksəlmişdi. Vəziyyətim ağırlaşırdı. 3 gün orada saxlandığım müddətdə bir dəfə də dərman verilmədi. Dəfələrlə rəis Göyüş Quliyevdən xahiş etsəm də, nə həkim çağırıldı, nə də ki dərman verildi. Martın 17-də gecə 9-un yarısında məni məhkəməyə gətirdilər. Mənə heç bir sənəd vermədilər və hansısa məzmununu bilmədiyim sənədlərə imza atdırdılar. Martın 18-də General Mirqafar Seyidovun otağına aparıldım. Otağında A.Daşdəmirov da var idi. Məni hədələyirdilər ki, hər şey ortadadır, öz xoşumla etiraf edim, yoxsa butulka soxub, əynimə qırmızı yubka geyindirib, türməyə göndərəcəklər. Heç vaxt oradan çıxmayacağam. Nəşə atıb, minbir bəhanə ilə məni həbsdə saxlayacayıqlar. O həmçinin bu dəfə çağırılmağımın axırıncı şans olduğunu dedi. Mən bu hədə qorxular, təzyiqlər altında ifadə verməyə məcbur edilirdim". [b]?Elçin Sadıqovdan imtina etməyimi tələb etdilər?[/b] V.Qonaqov martın 14-dən 18-nə kimi vəkilinin olmadığını deyir: ?Vəkilsiz izahat verməyə məcbur edilmişəm. Daha sonra mənə dövlət hesabına Şöhrət Allahmanov adlı vəkil təyin edilib. Vəkilim heç izahatımla tanış olmadan mən və Xəyal TV-nin texniki direktoru Vahid Ibrahimov arasında üzləşdirmə - istintaq hərəkətini keçiriblər. Martın 28-də vəkilim Elçin Sadıqovla tanış oldum. Görüşdən sonra Eldar Əhmədov, Mirqafar Seyidov, müavini Səməd və Ibrahim Lənbəranski növbə ilə məndən Elçin Sadıqovdan imtina etməyi tələb etdilər. Mən etiraz etdim. Həmin gecə məni mülki geyimli şəxs gözlərimi bağlı şəkildə başqa kameraya apardı, orada əllərimi və ayaqlarımı qandalla çarpayıya bağladı. Mənim suallarıma cavab vermədi. Səhərə qədər elə vəziyyətdə saxlandım. Martın 30-da səhər saatlarında məni saxlandığım BMCMI-nin müavini kimi tanıdığım Səmədin otağına apardılar. Orada Səməd və istintaq şöbəsinin rəisi, səhv etmirəmsə, polkovnik Zeynalov var idi. Mirqafar Seyidovun onlara tapşırığına əsasən, mən vəkilim Elçindən imtina etməli idim. Həmin gün məni vəkildən imtina etməyə məcbur etdilər və ərizə yazdırdılar. Elə həmin gün də vəkilim olmaya-olmaya E.Əliyevlə mənim aramda üzləşdirmə istintaq hərəkəti aparılıb. Aprelin 5-nə - Bakı Istintaq Təcridxanasına gətirilənə qədər ?banotdel?də qeyri-insani şəraitdə saxlanıldım. Hər gün təzyiq və təhqirə məruz qaldım. 23 gün ərzində uzun müddət xəstə oldum və 21 kiloqram arıqladım". azadliq

Digər xəbərlər
SON XƏBƏRLƏR