Zorlamada ittiham olunan icra bazçısının izi niyə arazdırılmır?

img

16-10-2012 [11:49]


Artıq bir neçə gündür ki, Zərdab sakini Şəfəq Səfərəliyeva bu rayonun icra başçısı Lütfəli Babayev haqqında şok ittihamlar səsləndirir. Şəfəq Səfərəliyeva iddia edir ki, Lütfəli Babayev ona təcavüz edib. 51 yaşlı qadının sözlərinə görə, hadisə icra başçısının kabinetində baş verib. Lütfəli Babayev Şölə Səfərəliyevanı kabinetində zorakı yolla cinsi əlaqəyə məcbur etmək istəyib. Lakin qadın icra başçısına müqavimət göstərərək onun boynunu cırmaqlayıb. Şölə Səfərliyeva başına gələnlərlə bağlı oktyabrın 5-də mətbuat konfransı keçirib. Mediada bu məsələ kifayət qədər işıqlanıb. Lakin Lütfəli Babayev hələ ki, ittihamlara cavab verməyib. Ümumiyyətlə, Şölə Səfərəliyevanın söylədiklərinə heç bir qurumdan reaksiya verilməyib. Halbuki Zərdab sakini bir rayonun icra başçısı haqqında kifayət qədər dəhşətli ittiham səsləndirib. Bu baxımdan Şölə Səfərliyevanın dedikləri ciddi şəkildə araşdırılmalıdır. Amma sanki bu qadın heç nə danışmayıb. Sanki mətbuat bu barədə heç nə yazmayıb. Ekspertlər bildirir ki, əgər Şölə Səfərliyevanın söylədikləri həqiqətdirsə, burada artıq cinayətdən söhbət gedir. Ona görə də hüquq-mühafizə orqanları təcili məsələni araşdırmalı və müvafiq tədbirlər görməlidir. Sonda qeyd edək ki, Lütfəli Babayev nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı hesab edilir. azadliq

Digər xəbərlər
SON XƏBƏRLƏR