Səlim Müslümov fakt qarzısinda qalıb

img

14-10-2012 [11:42]


Dövlət Sosial Müdafiə Fondunun daxilolmaları ilə bağlı ciddi problemlər yaranıb. ?Bizim yol? qəzetinin yazdığına görə, DSMF-nin statiskasında sosial sığorta ödəmələrindən büdcə təşkilatları ilə özəl neft sektorunun payını çıxdıqda, çox acınacaqlı mənzərə yaranır. Məlum olur ki, qeyri-neft özəl sektor üzrə daxilolmalar ildən-ilə azalır. Tendensiya davam edərsə, gəlirlər yaxın bir neçə ilə minimum həddə düşə bilər. Qəzetin yazdığına görə, problemin yaranmasında ən mühüm amillərdən biri iri şirkət və holdinqlərin sosial sığorta ödəmələrindən yayınmalarıdır. Belə ki, ?Paşa Holdinq?, ?Ata Holdinq?, ?ZQAN Holdinq? və s. inhisarçı qurumlar heç bir ödəniş aparmır. Belə davam edərsə, fond büdcə transfertlərindən tam asılı vəziyyətə düşə bilər. Hətta DSMF sədri Səlim Müslümovun bu barədə prezident Ilham Əliyevə məruzə etdiyi və yaxın illərdə pensiya sistemində yaranacaq böhranla bağlı dövlət başçısını xəbərdar etdiyi deyilir. Deyilənlərə münasibət bildirən DSMF-nun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev qəzetin yazdıqlarının həqiqəti əks etdirmədiyini deyir. Qurum sözçüsü məqalədə adıçəkilən ?Paşa Holdinq?, ?Ata Holdinq?, ?ZQAN Holdinq?in Fondun ən nümunəvi ödəyicilər olduğunu və sosial sığorta haqlarını vaxtında ödədiklərini bildirdi. E.Babayev məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 61,2 faizi və ya 612,5 mln. manatı qeyri-büdcə sektorunun payına düşdüyünü, həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləğinin əvvəlki ilin ilk 9 ayının göstəricisinə nisbətən 18,7 faiz və ya 96,6 mln. manat artdığını, proqnozun isə 109,9 faiz icra olunduğunu bildirdi. Iqtisadçı-ekspert Samir Əliyev isə sosial ayırmaların olmasına baxmayaraq, Fondun özünü maliyyələşdirə bilmədiyini deyir. Bu səbəbdən də hər il dövlət büdcəsindən böyük həcmdə vəsait Dövlət Sosial Müdafiə Fonduna transfert olunur. Sosial sığorta ödəyənlərin tərkibinə baxanda məlum olur ki, bunlar əsasən dövlət qurumlarıdır. Özəl sektorun payı həddindər artıq azdır. Bu da bir tərəfdən onu göstərir ki, özəl sektorda çalışanlar qeydiyyata alınmır. Digər tərəfdən, özəl sektorun artması ilə bağlı statistik məlumatlar reallığı əks etdirmir. Bu baxımdan sosial sahədə aparılan islahatların bu gün səmərə verməməsi qənaətində olduğunu deyən ekspert qeyd olunan problemlərin həmin proseslərdən qaynaqlandığını vurğuladı. azadliq

Digər xəbərlər
SON XƏBƏRLƏR