Aleksə Türkiyədən ?elçi? gəldi

img

06-10-2012 [08:44]


?Fənərbaxça?dan qalmaqallı şəkildə ayrılan Brazilyalı ulduz Aleksə Türkiyə super liqasının yeni komandalarından olan ?Elazigspor? ?elçi? düşüb. Mia.az Türkiyə xəbər portallarına istinadən məlumat verir ki, liqin yeni klubu Aleksə rəsmi təklif də göndərib. ?Elazığspor?un rəsmisi Özgür Öztürk açıqlamasında bildirib ki, 35 yaşlı ulduz futbolçu ilə 2-ci, 4-cü və 5-ci günləri görüşüblər: ?Aleksə onu komandamızda görmək istədiyimizi dedik. O, təklif üçün təşəkkür etdi və dedi ki, öz ölkəsinə dönməyi daha çox arzulayır. Daha çox bunu ailəsi istəyir. Bizdən düşünmək üçün vaxt istədi. Ümid edirik düşüncəsi bizdən yana olar?. Öztürk ulduz futbolçunun transferinin gerçəkləşəcəyi təqdirdə ödəniləcək pulun mənbəyini də tapdıqlarını söyləyib: ?Onun ödənişi klubumuzun rəsmi sponsoru ?Sanica Boru? firması, klub prezidenti Səlçuk Öztürk tərəfindən qarşılancaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA