"Neftçi" "inter"ə uduzdu, "Rubin" qazandı

img

05-10-2012 [12:12]


Avroliqada ilk ev oyununa çıxacaq son Azərbaycan çempionu doğma meydanda İtaliya nəhəngi "İnter" klubunu qəbul edib. İlk turda səfərdə "Partizan"la görüşdən 1 xalla ayrılan "Neftçi" turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi. Lakin Milan təmsilçisi sürpizə imkan verməyib. İlk hissədə 3 qol vuran "İnter" fasilədən sonra da üstünlüyünü qoruyub - 3:1 (Qollar: Felipe Koutinyo, 10 (0:1), Joel Obi, 30 (0:2), Marko Livaya, 42 (0:3), Nikolas Kanales, 54). Qeyd edək ki, qrupun digər matçında "Rubin" (Kazan, Rusiya) öz meydanında Serbiyanın "Partizan" klubunu sınağa çəkib. Bu görüşdə 2:0 hesabı ilə qələbə qazanan Kazan təmsilçisi ikinci pillədəki mövqeyini qoruyub. 4 oktyabr Avropa Liqasının qrup mərhələsinin II turun oyunları H qrupu 21:00. "Neftçi" (AZƏRBAYCAN) - "İnter" (İtaliya) - 1:3

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA