Genefondumuza vurulan zərbə

img

01-10-2012 [02:19]


[b]Narkotikaya aludəçilik alışqanlığa gətirib çıxarır[/b] Narkomanlığın tarixi çox qədimdir. Hələ eramızdan əvvəl narkotik tərkibli vasitələr haqqında məlumatlara yunan, roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifologiyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tibbi məqsədlər üçün istifadə edilmişdir. Ümumiyyətlə, tiryəkli preparatlar Orta əsrlərdə təbabətdə geniş yayılmış, tiryəkdən hazırlanan dərmanlardan ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazma və sarsıntıları götürmək, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlərində istifadə olunub. Narkotik tərkibli bitkilərdən müalicə məqsədi ilə istifadə olunması uzaq keçmişdə olduğu kimi müasir dövrümüzdə də aktualdır və eyni zamanda, insan orqanizminə, səhhətə,sağlamlığa,mənəviyyata ən sağalmaz zərbələr vuran, ən çirkin, ən ikrahedici vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik bu gün olduğu kimi qədim zamanlarda da ən xoşagəlməz vərdiş kimi qəbul edilmişdir. Şərq ölkələrinə səyahətə çıxanlar tiryək istehlakçılarının acınacaqlı vəziyyətinin şahidi olduqda bunu yanlış olaraq həmin xalqın ənənələri ilə bağlamış, hətta Hindistanı gəzən bir alim tiryəkdən fiziki asılılığı belə şərh etmişdir: ?Kim tiryəkə vərdiş edibsə, onu hər gün qəbul etməlidir?. Fransada ziyalıların dəbdə olduğu ?Həşişçilər məclisi?nin üzvü məşur şair Şarl Bodler (1821-1867) ?Süni cənnət? əsərində özünün mübtəla olduğu ?ağ sərxoşluq? mərhələsini şəxsi təcrübəsinə əsaslanaraq, belə təsvir etmişdir: ?Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərəbərlik işarəsi qoymaq olar ya yox: lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan (həşiş), digəri isə əndazə bilməyən iblisdir? Narkotik aslılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilmişdir. İyirminci yüz illiyin sonunda isə narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna sarsıdıcı zərbələr vuran, qarşısının alınması böyük çətinliklər, külli miqlarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil olmaqla yanaşı, digər tərəfdən də narkobaronların narkotiklərin qanunsuz dövriyyəsindən külli miqdarda gəlir əldə etməsi üçün bir vasitəyə çevrilmişdir. Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Respublikamızın regionlarında olduğu kimi Sumqayıt şəhərinin də son illər düşdüyü sosial iqtisadi durum, işsizliyin artması, sosial vəziyyətin ağırlığı gənc nəslə mənfi təsir edir. Bu da tüfeyli həyat tərzi olan narkomaniyanın yayılmasının əsas səbəblərindən biridir. Ağır sosial vəziyyət gənclərin psixikasına mənfi təsir göstərir və onların cəmiyyətə, hətta öz həyatlarına qarşı laqeydliyinə gətirib çıxarır. Bu isə bir başa narkomaniya və digər zərərli vərdişlərin inkişafı deməkdir. Narkomaniyanın gənc nəslin arasında yayılma səbəblərindən biri də narkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlar haqqında məlumatsızlıqdır. Gənclərin narkomaniyaya qurşanması çox vaxt ətraf mühitin təsirindən olur. Narkomaniya barədə heç bir məlumatı olmayan gənclər bu bəlanın təsiri altına düşür, bu bəla ilə tanışlıq sonra aludəçilik səviyyəsində alışqanlığa gətirib çıxarır. Sumqayıt şəhərində narkomaniya ilə əlaqədar törədilmiş cinayətlərin (buraya narkotik vəsitələrin qanunsuz saxlanılması, yayılması və satışı, tiryəkxanaların saxlanılması və s. hallar daxildir) ümumi sayı 1997-ci il ərzində 58 olmuşdursa, 1998-ci ildə bu növ 61, 1999-cu ildə 64, 2000-ci ilin 8 ayı ərzində isə 50 cinayət qeydə alınmışdır. Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmış şəhər sakinlərinin sayı 1998-ci ildə 262 nəfər, 1999-cu ildə 307 nəfər, 2000-ci ildə 331 nəfər, 2001-ci ilin ilk rübünə olan məlumata görə isə bu göstərici 560 nəfər olmuşdur. 1998-ci ildə qeydiyyata alınmış 262 nəfərdən 241 nəfəri kişi, 21 nəfəri qadın cinsindən, onlardan 104 nəfəri isə gənc olmuşdur. 1999-cu ildən qeydiyyata alınmış 307 nəfərdən 285 nəfəri kişi, 26 nəfəri qadın cinsindən, 172 nəfəri isə gənc olmuşdur. 2000-ci ildə qeydiyyata alınmış 331 nəfərdən 301 nəfəri kişi, 30 nəfəri qadın cinsindən, 189 nəfəri gənc olmuşdur. 2001-ci ilin ilk rübünə olan məlumata görə isə 560 nəfərdən 504 nəfəri kişi, 56 nəfəri qadın, 347 nəfəri gəncdir. Göründüyü kimi 1998-ci ildə ümumi qeydiyyatda olan narkomanların 40%-i gənclər, 8%-i qadınlar təşkil edirdisə, 1999-cü ildə bu göstərici 56% gənclər, 8.5% qadınlar, 2000-ci ildə 57%gənclər, 9% qadınlar, 2001-ci ildə isə 62% gənclər, 10% qadınlar olmuşdur. Əsas problem odur ki, narkotika aludəçisi olan gənclər cəmiyyət üçün təmamilə lazımsız, hətta təhlükəli ünsürə çevrilir. Cəmiyyət narkoman gənclərin timsalında işgörmə qabiliyyəti yüksək olan bir nəsli itirir. Narkomanlığın nəsilartırma qabiliyyətinə necə mənfi təsir göstərdiyi məlum faktdır. Bu isə onsuz da iqtisadi çətinliklər məngənəsində sıxılan Sumqayıt şəhərinin genefonduna vurulan ən böyük zərbədir. Əmrah Hüseynov Qeyd: Yazı Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə "Rezonans" Gənclərin İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR