Deputat Gülər Əhmədovanın videosu yayıldı

img

26-09-2012 [10:59]


Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayev bir neçə gün əvvəl KİV-lərə müraciət edib. Qalmaqallı müraciətləri ilə gündəmə gələn rektor qardaşı Mahir Abdullayevin itkin düşməsində şübhələndiyi şəxslərin sırasını artırıb. Həmin siyahıda bundan əvvəl də qadınlar olub- budəfəki yeni sima da qadındır. Üstəlik, E. Abdullayev iddia edir ki, həmin xanıma - Milli Məclisin üzvü Gülər Əhmədovaya 2 milyon dollar rüşvət də verib. Müraciətində iddia edir ki, bu hadisə 2005-ci ilin noyabr ayına təsadüf edib: ?Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ-salamat geri qaytarılacağına söz vermişdir. Lakin o, vədinə əməl etməmiş, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir?. Rektor etiraf edir ki, o, Gülər Əhmədova ilə söhbətlərinin video çəkilişini və telefon danışıqlarının audio yazısını aparıb. Onun bu iddialarına Gülər Əhmədova facebook statusunda cavab verib və hər şeyin yalan olduğunu bildirib. E. Abdullayev Azərbaycanın tanınmış vəkillərindən biri olan Adil İsmayılovla müqavilə də imzalayıb. Biz də bunu nəzərə alıb, ?E.Abdullayev sözügedən videonu Azərbaycanda kiməsə veribmi?, - sualı ilə vəkili Adil İsmayılova müraciət etdik. Vəkil dedi: ?Elşad Abdullayev deyir ki, onda Gülər Əhmədovanın ondan 2 milyon manat almasını təsdiqləyən kaset var. Həmin kaseti o, Baş Prokurorluğa, Prezident Adminstrasiyasına və Gülər Əhmədovanın özünə göndərib? ? deyə A.İsmayılov bildirdi. O, qeyd etdi ki, müvəkkili məsələ ilə bağlı Baş Prokurorluq rəsmi açıqlama yayandan sonra videonu yaymaq fikrindədir. 25 sentyabrda, günün ikinci yarısında E. Abdullıayev Azpolitika.info saytına məktub yollayıb. Məktubda bildirilir ki, o, əks tərəfin - Azərbaycan Respublikası Prokurorluğunun və deputat Gülər Əhmədovanın onun bir neçə gün öncə yaydığı bəyanatına nə reaksiya verəcəklərini gözlədiyi üçün söhbət açdığı video və audio yazıları kütləvi informasiya vasitələrinə təqdim etməyib: "Bəyanatın dərc olunmasından bir neçə gün keçməsinə baxmayaraq, qarşı tərəfdən heç bir səs çıxmadı, yəqin ki, çıxa da bilməzdi. Çünki onlar həmin video və audio yazılarla tanışdırlar". Bu bir neçə gün ərzində bəyanatla bağlı gedən müzakirələrlə tanış olduğunu bildirən E.Abdullayev qeyd edib ki, bəzilərinin ümumiyyətlə video və audio yazıların olmasına şübhə ilə yanaşdığını bildiyindən, bu şübhələrə son qoymaq üçün Gülər Əhmədova ilə danışığının video çəkilişindən bir fraqmenti mediaya təqdim edəcək. ?Yeni Müsavat? qəzeti videolar yayılmazdan öncə dəqiqləşdirib ki, belə bir video-fraqment doğrudan da mövcuddur və rektor bu dəfə blef etmir. Həmin video-görüntüləri internetə qoyulmazdan öncə seyr edən tanınmış bir şəxs müxbirimizə deyib ki, orada deputat Gülər Əhmədova ilə Elşad Abdullayev doğurdan da pul söhbəti edirlər. Gülər Əhmədovanın yaxın ətrafından bir nəfər qeyri-rəsmi şəkildə müxbirimizə deyib ki, o lent yazısındakı məlum fraqment montaj edilib: ?Biz ona baxmışıq. Orada doğrudan da pul söhbəti gedir. Lakin millət vəkili pulları batan tələbə yaxınlarının Elşad Abdullayevdən olan şikayətləri əsasında, onların maraqlarını təmsil edir. Rektordan tələb olunan pullar da həmin vətəndaşlardan aldadılma yolu ilə alınan pullardır. Sadəcə fraqment montaj olunub?. Bu fraqmentin montaj olmasını videonun yayılacağını ilk xəbər verən sayt da iddia edir. Lakin 25 sentyabr saat 20 radələrində internetdə (ilk olaraq ?Azadlıq? qəzetinin saytında) yayılan video-rolik hər şeyi aydınlaşdırdı. Oradan açıq və təkzibolunmaz şəkildə görünür ki, deputat rektorla, Sevinc Babayeva adlı bir qadının da iştirakı ilə, deputat mandatı qarşılığında pul söhbəti edir. Gülər Əhmədova deyir ki, 1 milyon qarşılığında E. Abdullayevi hakimiyyətin siyahısına saldıracaq. Danışıqdan da göründüyü kimi, həmin məbləğin 500 mini alınıb. Beləliklə, ölkə siyasətində (həm də facebook-da) zəlzələ yarada biləcək bir olay baş verdi. Bir sıra ciddi ekspetlər iddia edirlər ki, bu fakt Gülər Əhmədovanın karyerasını bitirə bilər. http://www.youtube.com/watch?v=V04el-Kr7Wc&feature=player_embedded#at=62 "Yeni Müsavat"#601;l#351; Prokurorlu#246;nc#252;nd#601;h#601;zeti videolar yay#601;l#305;n

Digər xəbərlər
SON XƏBƏRLƏR