Ziya Məmmədovun oğlu ?Gündəm Xəbər?dən əl çəkmir

img

25-09-2012 [08:54]


?ZQAN Holdinq?in İdarə Heyətinin sədri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ?Gündəm Xəbər? qəzetinə qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. İddia üzrə oktyabrın 5-də hakim Sərdar Mehrəliyevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək. Bu barədə ?Turan?a Yasamal Rayon Məhkəməsindən bildirilib. İddiaya qəzetin 24 avqust sayında dərc olunan ?Nazir oğlu ölkənin dəmiryol nəqliyyatını ələ keçirir? başlıqlı məqalə səbəb olub. ?Yasamal Rayon Məhkəməsi ?Gündəm Xəbər"i indiyədək iddia barədə məlumatlandırmayıb. Mənə yalnız sentyabrın 24-də ?ZQAN Holdinq?in rəsmi rekviziti olan zərfdə məhkəmənin sənədləri göndərilib. Ən gülməlisi məhkəmənin ?Gündəm Xəbər?i məhkəməyə çağırış vərəqini ?ZQAN Holdinq?in İdarə Heyətinin sədri Anar Məmmədovun etibarnamə üzrə nümayəndəsi Ruslan Məmmədovun imzalamasıdır. Belə görünür ki, Yasamal Rayon Məhkəməsi ya ?ZQAN Holdinq?in rəhbərliyi altında işləyir, ya da onun filialıdır. Biz bu məhkəmədən hansı ədalətli qərar gözləyə bilərik?" - ?Gündəm Xəbər? qəzetinin təsisçisi Şirin Cəfəri ?Turan?a bildirib. Yasamal Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin köməkçisi isə ?Turan?a deyib ki, ?Gündəm Xəbər?ə çağırış göndərilib. O, çağırışın reyestri barədə məlumat verməyib: ?İndi vaxtım yoxdur. Sonra zəng edərsiniz, əlavə məlumat verərəm. Çağırışı yenidən də göndərə bilərik?. Xatırladaq ki, ?Gündəm Xəbər? bundan öncə də Anar Məmmədovun iddiası üzrə cərimə olunub. Sentyabrın 4-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə qəzet 10 min manat cərimə edilib. Buna Yevlax rayon avtovağzalı müdirinin keçirdiyi mətbuat konfransı barədə bu il fevralın 20-də dərc edilən xəbər səbəb olub. ?Turan?

Digər xəbərlər
SON XƏBƏRLƏR