"Neftçi" ilk xalını qazandı, serblər qapçını döymək istədi

img

21-09-2012 [11:48]


Avropa Liqasında Bakının "Neftçi" klubu tarixi ərzində ilk dəfə qrup mərhələsinin oyununa çıxıb. Böyükağa Hacıyevin komandası Serbiyada "Partizan"ın qonağı olub. Son Azərbaycan çempionunu səfərdə bir xal da qane edəcəkdi. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb və "Neftçi" turnirdə ilk xalını qazanıb - 0:0. Onu da qeyd edək ki, matçın final fiti səslənən kimi ?Partizan?ın bəzi futbolçuları ?Neftçi?nin qapıçısı Saşa Stamenkoviçin üzərinə hücum çəkiblər. Lakin insidentin əlbəyaxa davaya çevrilməsinin qarşısını almaq mümkün olub. ?Neftçi? klubunun üzvlərinin də müdaxiləsindən sonra Stamenkoviç meydandan çıxarılıb. Digər bir insdent isə "Neftçi"nin köməkçi məşqçisi Kamal Quliyev və "Partizan"ın qapıçılarla işləyən məşqçisi arasında olub. Buna isə rəqib məşqçinin "Neftçi"nin qapıçısı Saşa Stamenkoviçə arxadan yumruq vurması səbəb olub. Bunu görən K.Quliyev ona yaxınlaşaraq öz etirazını bildirib və hər iki məşqçi arasında münaqişə yaşanıb. Xatırladaq ki, qrupun digər oyunu isə İtaliyada baş tutub. Burada yerli "İnter" klubu Rusiyanın "Rubin" (Kazan) komandasını sınağa çəkib. Milan təmsilçisi Bakı vaxtı ilə saat 00:05-də başlayacaq görüşün əsas favoriti hesab olunur. Lakin bu görüşdə də qalib müəyyənləşməyib - 2:2. Qeyd edək ki, Avropa Liqasında növbəti oyunlar oktyabrın 4-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA