?Beyin axınının qarzısını alaq!? Region gənclərinin karyera imkanlarının artırlması və iz axtarılması yolları

img

17-09-2012 [06:51]


atik Gənclər? İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə icra etdiyi ??Beyin axınının qarşısını alaq!? Region gənclərinin karyera imkanlarının artırlması və iş axtarılması yolları? layihəsi çərçivəsində təlimlərin təşkilinə başlamışdır. Sentyabr ayının15-16-da Quba rayon Amsarkənd orta məktəbinin Təlim mərkəzində fəaliyyət göstərən, müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər, yuxarı sinif şagirdləri və müxtəlif içtimai təşkilatlarda çalışan gənclər üçün 2 günlük təlim keçirildi. Təlimi giriş sözü ilə açan Birliyin rəhbəri Ramil Süleymanov təlim iştirakçılarına, bu təlimin Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə baş tutduğunu və bu layihənin məqsədi haqqında iştirakçılara geniş məlumatlar verdi. Təlimi Azerveb saytının administratoru, ?Ferhadov Studio? MMC-nin direktoru Fərhadov Fərid və Ayaz Abuşov aparırdı. Təlimdə 17 nəfər müəllim və 2 nəfər məzun tələbə və 1 nəfər YAP-ın Gənclər Təşkilatının üzvü iştirak edirdi. Təlimdə Peşə seçimi nədir və nə üçün önəmlidir, Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri, Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq, Peşə seçərkən nələrə diqqət yetirməli, İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli mövzularında interaktiv müzakirə aparıldı. Müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb oldu. Təlimdə internetdə mövcud olan resurslar vasitəsi ilə necə iş axtarmağın yolları, , CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanması gənclərə keçildi. Təlim interaktiv metodla keçirildi və hər bir iştirakçı müzakirələrdə fəal iştirak edərək düşüncələrini, peşə və ixtisas seçimi ilə bağlı rəylərini sərbəst ifadə edirdilər. Hər bir iştirakçını maraqlandıran suallara dolğun cavab verilirdi. Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirildi. Təlimdə iştirakçılara mövzu ilə sənədlər toplusu təqdim edildi. Təlimin sonunda iştirakçılara Diplomlar təqdim edildi. Ramil Süleymanov sonda təlim iştirakçılarına məlumat verdi ki, Bizim həyata keçirdiyimiz bu təlimin önəmli tərflərindən biri də bu təlimin ilk mərhələsində iştirak edən, 2 ali məktəb məzununun təlimdə aıldıqları biliklər sayəsində özlərinə yaxşı iş tapdıqlarını da bildirdi. O, bildirdi ki, bizim Sizlərlə təlimiz bununla bitmir. Təlimdən sonra istənilən təlim iştirakçısı bizə Karyera ilə bağlı onu düşündürən istənilən sualı verə bilər. Quba rayon Amsar kənd orta məktəbinin direktoru Habil Bayramlı bildirdi ki, Quba çün sevindirici hal ondan ibarətdir ki, rayonumuzda ilk Distant Karyera Mərkəzi açılacaq. Demokratik Gənclər İB bu mərkəzi Amsar kənd orta məktəbinin nəznində açacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR