"Fənərbaxça" son dəqiqədə qol vurdu

img

17-09-2012 [01:24]


Futbol üzrə Türkiyə Superliqasında IV turun növbəti oyunları keçirilib. İkinci oyun günündə daha 4 qarşılaşma baş tutub. Öz meydanında "Sivasspor"u qəbul edən "Trabzonspor" minimal hesablı qələbəyə sevinib. Halil Altıntopun matçın 59-cu dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0. Səfərdə "Akhisar Bələdiyyəspor"un qonağı olan "İstanbul BB" rəqibini darmadağın edib. Bu görüşdə 4:0 hesabı ilə qələbə qazanan İstanbul təmsilçisi xalını 7-yə çatdırıb. "Fənərbaxça" klubu da turu qələbə ilə başa vurub. Doğma meydanında "Mersin İdmanyurdu" ilə qarşılaşan "sarı lacivərdlilər" 2:1 hesabı ilə qalib gələrək turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. Qeyd edək ki, IV tura bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA