Mourinyo: ?Bu gün mənim komandam yoxdur?

img

16-09-2012 [03:04]


?Real?ın baş məşqçisi Joze Mourinyo komandasının dünən ölkə çempionatında ?Sevilya?ya 0:1 hesablı məğlubiyyətini şərh edib. Qeyd edək ki, bu, artıq dörd turu arxada qalan cari İspaniya çempionatında ?Kral klubu?nun ikinci məğlubiyyəti olub. Son ölkə çempionunu əsas rəqibi ?Barselona? isə səkkiz xal qabaqlayır. ?Sevilya? ilə matçdan sonrakı mətbuat konfransında Mourinyo komandasını tənqid edib. O, ?Həm birinci, həm də ikinci hissədə biz çox pis oynadıq. ?Sevilya? layiqli qələbə qazandı kı, buna görə də onlara təbrik düşür. Bizdə qalib gəlmək ruhu itib. Demək olar ki, bu gün mənim komandam yoxdur? ? deyə, bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA