14-09-2012 [07:17]
İmişlidən şikayətlərin ardı-arası kəsilmir. Rayon sakinləri gah rayon icra hakimiyyətinin başçısı Viilyam Hacıyevin abadlıq işləri altında yaratdığı problemlərdən, gah kiçik sahibkarlara qoyulan ?haqlar?dan, gah da rayonun ayrı-ayrı məmurlarının işçilərə qarşı qanunsuz addımlarından narazılıqlarını bildirirlər.
?Reytinq? vasitəsi ilə prezident İlham Əliyevə, nəqliyyat naziri Ziya Məmmədova, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət edən İmişli Dəmiryolu idarəsinin (Depo) sabiq əməkdaşları isə depo rəhbərliyi tərəfindən qanunsuz işdən azad edilmələrindən şikayətçidirlər.
Hər birinin 40 il iş stajı olan deponun sabiq maşinistləri İbrahim Abbasovla Qaraoğlan Bayramov yazır ki, deponun rəisi Yura Qunazin onları vəzifələrindən qanunsuz azad edib: ?Bizi konistrdə olan 20 litr istifadə olunmayan yanacağa görə işdən azad edən depo rəisinin bu qanunsuzluğuna çox təəssüf ki, İmişli rayon məhkəməsi də əsassız haqq qazandırdı. Hansı ki, kiçik miqdarda yanacağı bütün maşinistlər yanlarında saxlayırlar. Çünki bəzən təmir işlərində ə digər məsələlərdə lazım olur. Bu ucuz bəhanəni əldə əsas tutan depo rəhbərliyi bununla bərabər, idarədə qanunsuz yollarla satılan tonlarla mislərin taleyini obyektiv araşdırsaydı, tam əksinə, kollektivdə böyük hörmət sahibi olardılar. Lakin dövlətin məqsədli şəkildə oğurlanmış və dəyəri milyonlarla hesablanan tonlarla mis məmulatlarının aqibətini araşdırmaq, rəhbərliyin marağında deyil. Çünki ortada milyonların söhbəti gedir və burada özləri baş roldadırlar?.
Şikayətçilər yazırlar ki, işdən azad olunmaları ilə bağlı müraciət etdikləri İmişli Rayon Məhkəməsinin qanunsuz qərarından apellyasiya şikayəti də verəcəklər: İdarə rəhbərliyi məhkəmədə bizi işdən azad etmələrini əsaslı şəkildə izah edə bilmədilər. Baxın, bizi Əmək Məcəlləsinin ən ağır maddəsi sayılan 72.3-lə işdən azad edən idarə rəhbərliyinin bu əmrinə Deponun Həmkarlar Komitəsi sonradan rəy verib. Yəni əmrdən sonra verilən bu rəy və digər halları məhkəmə görmək istəmədi. Növbəti məhkəmə mərhələsində idarə rəhbərliyinin qanunsuz bütün əməlləri ilə bağlı mətbuat konfransı da keçirəcəyik. Qoy ölkə rəhbərliyi hələ də dövlət dilimizdə yazıb oxumağı bilməyən İmişli deposunun rəisi Yura Qunazin və onun Biləcəri Lokomotiv İdarəsinin rəisi işləyən himayəçisi Tofiq Nəsirovun əməllərinə qiymət versinlər?.
Depoda baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çoxsaylı müraciətlər etdiyini yazan sabiq maşinistlər bildirir ki, depodakı generatorlarla sökülərək onlarda olan mislər çıxarılıb: ?Mislər atılıb, generatorlar isə yararsız hala alınıb. Bununla kifayətlənməyən rəhbərlik Naxçıvandan təmir üçün depoya gətirilmiş teplovozları da yararsız hala salıblar. Onların akkumlyatorlarını da sökərək içindəki mislər çıxarılıb. Təəssüf ki, bu ə ya buna bənzər qanunsuzluqlarla bağlı Korrupsiyaya Qarşı Mübarizə idarəsinə çoxsaylı müraciətlərimizə hələ də cavab verilməyib?.?.
İmişlidən gələn digər bir xəbər isə tikinti-abadlıq işlərinə cəlb edilmiş sabiq futbolçu Maşallah Əhmədovun rayondan uzaqlaşdırılaraq əvəzinə əslən Naxçıvandan olan İsmayıl adlı bir şəxsin gətirilməsindən söz açılır.
?İsmayıl şəxsən təmir-tikinti işlərinə nəzarət edir. Onun gəlişindən sonra kənd bələdiyyə sədrləri daha çətin vəziyyətlə üzləşiblər. Birbaşa özü bizlərdən abadlıq işləri üçün tələb olunan 5000 manatı toplayır?, - deyə, bələdiyyə sədrlərindən biri ?Reytinq?ə bildirib.
Müsahibimizin sözlərinə görə, kənd bələdiyyə sədrləri əslində, imkansızdırlar: ?İnanın, məcbur qalıb, həyətimizdəki mal-qaranı, xırdabuynuzlu heyvanları rayonun mal bazarına çıxarmışıq. Bazar günü gəlin, görəcəksiniz ki, mal bazarı əvvəlkilərdən daha gurdur. Çünki hamı qanunsuz tələblərə görə heyvanlarını bazara çıxarıb. Vilyam Hacıyev bu işi həmin o İsmayıla tapşırıb. Biz də ərazimizdə olan icarə sahiblərindən 4-5 illik icarə haqlarını da bəri başdan tələb edirik ki, tələbi yerinə yetirə bilək. Buna görə də icarədarlar məcbur qalıb fermalarındakı heyvanları da satışa çıxarıblar. Bir sözlə, bizimlə bərabər, icarədarların, kəndli-fermerlərin düzəni tam pozulub. Rayondakı ab-havanın ağırlığı bələdiyyələrə, fermerlərə, ümumiyyətlə, kiçik sahibkarlara çox böyük zərbədir?.
Rayon torpaq şöbəsinin müdiri Vüqar Məmmədovun da başçı tərəfindən çox böyük təzyiqlər altında olduğu bildirilir. İddiaya görə, rayonda tikilməkdə olan Bayraq Meydanında bəzi materialların alınması şöbə müdirinin üzərinə qoyulub: Həmin materialların alınması üçünsə minimum 30 min manat vəsait tələb olunur. Vüqar Məmmədov bu pulu cibindən verməyə məcburdur?.
Yazıda adları çəkilən tərəflərin mövqelərini də dərc edə bilərik.
"REYTINQ" qəzeti