Əbülfəs Qarayev xəbərdarlıq edib

img

12-09-2012 [11:24]


Mədəniyyət və Turizm Nazirliyi turistlərə xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən məlumat verilən məlumata görə, turizm mövsümündə biletlərin satışı ilə məşğul olan şirkətlərin fəaliyyətində qeydə alınmış şikayətlər və dələduzluq halları ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yer alıb. ?Bu məsələ ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, bu faktlar turizm fəaliyyətinə lisenziyası olmayan və fəaliyyətlərini qanunvericiliyə zidd şəkildə həyata keçirən şirkətlərdə aşkar edilib?. Mədəniyyət və Turizm Nazirliyi xoşagəlməz halların qarşısını almaq üçün turizm xidmətlərindən istifadə edən vətəndaşları bir daha xəbərdar edir ki, turizm şirkətlərindən turizm fəaliyyəti üçün qüvvədə olan lisenziyanın təqdim edilməsini tələb etsinlər. Neqativ faktlar aşkar edildikdə, Nazirliyin ?147 qaynar xətti?nə müraciət etmək və yaxud Mədəniyyət və Turizm Nazirliyinin saytına (www.mct.gov.az) müvafiq məlumatları göndərmək xahiş olunur. Qeyd edək ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin istehlakçıların hüquqlarının qorunması və bu hüquqların pozulması hallarının aşkar edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq turizm şirkətlərinin fəaliyyətinin monitorinqini aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA