?ikimiz? ekranlara gələcək

img

06-08-2012 [02:23]


Gənc müğənni Ramin Şövkətov artıq iş başına dönüb. Ifaçı MİA-ya açıqlamasında yeni mövsümə hazırlaşdığını deyir. Bir neçə mahnı üzərində çalışan Ramin sentyabr ayında daha bir hit kompazisiyanı dinləyicilərə təqdim edəcək. Bu dəfə o fərqli üsluba müraciət etmək fikrindədir: ?Bir neçə mahnı üzərində seçim edirik, amma demək olar ki, bəllidir, sadəcə dəqiqləşdirəcəyik. Hələlik bəstəkarın adını sirr saxlayıram, təkcə onu deyim ki, sevilən və populyar musiqiçidir. Son ifa etdiyim ?İkimiz? mahnısı dinləyicilər tərəfindən çox sevildi. Bu, ritmik, əsl yay əhval-ruhiyyəsinə uyğundur. Yeni mahnımız isə lirika olacaq?. Ramin Şövkətov Pərviz Mahmudovun Leylinin şerinə bəstələdiyi və Hakan Erolun aranjeman etdiyi ?İkimiz? mahnısının ekran versiyasını da hazırlamaq niyyətindədir. Bunun üçün o, kameralar qarşısına çıxmağa hazırlaşır: ?Bundan əvvəl ifa etdiyim mahnılardan birini də Nail Naiboğlu ekranlaşdırıb. ?İkimiz? mahnısının klipini lentə almaq üçün yenidən ona müraciət edəcəyəm. Klipin süjeti haqqında öz təsəvvürlərim də var. Ola bilər ki, mənim ideyalarımdan da istifadə edilsin. Artıq çəkliş məkanları və geyim axtarışlarına başlamışıq?. Ramin sentyabr ayında televiziya kanallarından birində yeni başlayacaq verilişin ilk qonağı olacağını da əlavə deyib. Proqramın yaradıcı heyəti ?İkimiz?in məhz ilk buraxılışda səslənməsini istəyib: ? Sevilən aparıcı və müğənni Ədalət Qəhrəmanlının ?Tez bazar? adlı yeni maraqlı və əyləncəli verilişi yayıma başlayacaq. Şəhərin məşhur istirahət və əyləncə mərkəzlərindən birində çəkiləcək verilişin ilk qonağı olacağıma sevinirəm. Ədalət Qəhrəmanlı ?İkimiz? mahnısını çox bəyəndiyini və proqramda məhz bu mahnını ifa etməyimi xahiş etdi?. Gənc müğənni kompazisiyanın Nail Naiboğlunun ?Lider? telekanalında efirə gedəcək ?Mahnı-2012? layihəsində də uğur qazanacağına əmindir: ??Mahnı-2012?də ?İkimiz? mahnısının rəqqaslarla təqdimatı çıxışıma bir rəng qatdı. Layihənin 3-cü buraxılışında bir neçə yaxşı mahnı və ifaçı var, onların arasında Elçin Cəfərovu özümə rəqib görürəm?. #601;nni

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA