UEFA-dan Azərbaycan klubuna ağır cəza

img

10-09-2012 [09:23]


Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində iştirak etmiş "Araz" Futzal Klubu texniki səhvə yol verdiyi üçün UEFA-nın İntizam və Nəzarət Komitəsi tərəfindən texniki məğlubiyyətlə cəzalandırılıb. AFFA-nın rəsmi saytında verilən məlumata görə, sentyabrın 5-də futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində "Araz" İrlandiyanın EID klubu ilə qarşılaşıb və təmsilçimiz 2:1 hesabı ilə qələbə qazansa da qeyd olunmuş qarşılaşmada "Araz"ın heyətində çıxışı qeyri-qanuni olan qapıçı Laercio Buranello meydançaya çıxıb. UEFA tərəfindən müəyyən edilib ki, "Araz"ın müraciətinə baxmayaraq, Laercio Buranellonun transferi ilə bağlı müvafiq sertifikat oyunun keçirildiyi günə qədər Belçika Futbol Assosiasiyası tərəfindən göndərilməyib. Başqa sözlə, mövcud qaydalara əsasən, adıçəkilən futbzalçının adı "Araz" - EID oyununda heyətə daxil edilməməli idi. Bunu nəzərə alan UEFA-nın İntizam və Nəzarət Komitəsi "Araz" - EID oyununun nəticəsini ləğv edərək təmsilçimizi 0:5 hesablı texniki məğlubiyyətlə cəzalandırıb. Texniki məğlubiyyətə baxmayaraq, "Araz" əsas seçmə mərhələnin 6-cı qrupunda ikinci yeri tutaraq elit-raunda vəsiqə qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA