Məlahət ibrahimqızı: "Azərbaycanla NATO arasında əlaqələr yüksələn xətlə inkizaf edir"

img

10-09-2012 [02:09]


?Azərbaycanla NATO arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Təşkilatın baş katibinin ölkəmizə səfəri bu əlaqələrin göstəricisidir?. Bu fikirləri Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, Azərbaycan Avroatlantik məkana sürətlə inteqrasiya edir. Onun sözlərinə görə, Avropanın, o cümlədən NATO-nun Azərbaycana böyük ehtiyacı var. ?Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. İndiyə qədər mövcud olan layihələrlə yanaşı yeni TANAP layihəsi də Avropa üçün həyati əhəmiyyət kəsb edir. NATO ölkəmizin üzərindən Əfqanstana uçur, eləcə də bölgədə ciddi maraqları var. Bu təşkilat Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyir. Şərqə doğru genişlənməyi qarşısına məqsəd qoyan NATO bölgəmizdə daha çox Azərbaycanla əməkdaşlıq etməyə çalışır. Məlum olduğu kimi anti-terror koalisiyasının fəal üzvüdür. Təbii ki, bütün bu amillər beynəlxalq müstəvidə Azərbaycana olan marağı daha da artırır. Ölkəmiz bu təşkilatla əməkdaşlıqda öz milli maraqlarını əsas götürür. Biz Sülh naminə tərəfdaşlıq proqramlar çərçivəsində fəal əməkdaşlıq edirik və Azərbaycan etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir?- deyə, nümayəndə heyətinin üzvü qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR