Rövnəq Abdullayev: ?Portuqaliya ilə oyunda isə hər zey ola bilər?

img

09-09-2012 [12:12]


"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də səfərdə Portuqaliya ilə qarşılaşacaq Azərbaycan milli komandası bugün adıçəkilən ölkəyə yola düşüb. Dünən saat 15:00-da çarter reysi ilə Portuqaliyaya yollanan millimiz Bakı vaxtı ilə saat 21:30-da Priney ölkəsinə çatıb. Berti Foqtsun komandası matçın keçiriləcəyi Braqa deyil, Porto şəhərində məskunlaşacaq. Bu gün isə millimiz Portuqaliyada ilk məşqinə çıxacaq. Yeri gəldmişkən, AFFA-nın prezidenti Rövnəq Abödullayev istər İsraillə, istərsə də Portuqaliya ilə oyunla bağlı fikirlərini bölüşüb. ?Qələbəyə layiq oynadıq. Amma bəxtimiz gətirmədi? ? deyə, İsraillə oyundan sonra jurnalistlərə açıqlamasında AFFA prezidenti Rövnəq Abdullayev söyləyib ki, millimiz yaxşı oynayıb: ?Məncə, millimiz bu gün yaxşı oynadı. Birinci hissə ilə müqayisədə, ikinci yarıda daha yaxşı çıxış etdik. Komanda artıq formalaşıb. İsrailə qalib də gələ bilərdik, amma ümumi götürdükdə, nəticədən və oyundan razıyam. Ümid edirəm ki, millimiz qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcək?. AFFA prezidenti Portuqaliya ilə oyundan öncə iddialı danışıb: ?Seçmə mərhələyə 1 xalla başladıq. Portuqaliya ilə səfər oyununda isə hər şey ola bilər?. Onu da xatırladaq ki, Portuqaliya - Azərbaycan oyunu canlı yayınlanacaq. Qarşılaşmanı AzTV göstəriləcək. Qeyd edək ki, Portuqaliya-Azərbaycan matçı sentyabrın 11-də Bakı vaxtı ilə saat 00:15-də start götürəcək

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA