Quarezma: ?Kasıblıq nədir, onu hamıdan yaxzı bilirəm?

img

26-08-2012 [07:52]


?Beşiktaş?ın sükanı arxasına keçən Səməd Aybabadan sonra əsas heyətdən və ümumiyyətlə, komandadan göndərilməsi belə gündəmə gətirilən?portuqaliyalı ulduz Quarezma yeni açıqlama verib. O, Aybabanın aldığı pullarla bağlı endirim mesajına münasibətini açıqlayıb. Ulduz futbolçu deyib ki, ona heç vaxt pulla bağlı söz deyilməyib: ?Məşqçimiz məndən fədakarlıq istəyir. Amma bu barədə mənə indiyədək kimsə bir söz deməyib. Kimə gəlib mənə ?aldığın məbləği endir, çətin vəziyyətdəyik? deməyiblər. Desələr, niyə eləməyim ki? Mən kasıbçılıqdan çıxmış adamam. Portuqaliyanın ən kasıb məhəlləsində böyümüşəm. Nəyin nə olduğunu hər kəsdən çox yaxşı bilirəm. Bu qədər daş qəlbli, vicdansız biri deyiləm. ?Beşiktaş? tərəfdarının qəlbimdə xüsusi yeri var. Kimsə o tərəfdarları qəlbimdən çıxara bilməz. Onların önündə yenidən oynamaq istəyirəm. Bunun üçün hər şeyi edəcəm?. Ulduz oyunçu deyib ki, indiyə qədər həm texniki heyət, həm də klub rəhbərliyi onun suallarından qaçıblar: ?Nədən kənarda saxlanıldığımı həmişə soruşdum. Mənə ?məşqçi istəmir? dedilər. Məşqçi heyəti isə tamam fərqli danışır. Hər dəfə yayınıblar. Təkrar deyirəm, endirim istəsələr gedərdim, amma belə təklif olmadı?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA