Aleks ?Fənərbaxça?dan qovulur?

img

26-08-2012 [03:30]


Həm Super Liqdə, həm də Avropadakı oyununda hələki qələbə qazana bilməyən ?Fənərbaxça?nın ?Qaziantəpspor?la dünənki matçında ulduz Aleksin əsas heyətə daxil edilməməsi Türkiyədə böyük müzakirəyə səbəb olub. ?Haberturk?ün yazdığına görə, ?Fənərbaxça?nın baş məşqçisi Aykut Kocamanla Aleks arasında yaşanan gərginliyin səbəbi aydınlaşıb. Belə ki, Kocaman Aleksə əvvəlcə ?Səni ?Spartak Moskva? maçında olduğu kimi, sərt oyunlarda oynatmayacam, amma ?Qaziantəpspor? maçtında oynayacaqsan? desə də, srağagün məşq bazasında şok yaşanıb: ?Məşq saatı bitdikdən sonra Kocaman 18 nəfərlik matç heyətini açıqlayıb: ?Bu zaman aydın olub ki, o, Aleksə bu dəfə də şans tanımayıb. Komandanın kapitanına şans tanınmaması futbolçular arasında şok yaradıb. Vəziyyəti belə görən Kocaman Aleksii yanına çağırıb və ona ?Həmişə özünü düşünürsən. Hər şeyi özünə bağlayırsan. Bizim düşünmək zorunda olduğumuz bir komandamız, böyük bir camiəmiz var. Oynayacağımız çox önəmli matçlar var. Amma sən fikrini toplaya bilmirsən. Belə davam edərsən, səni oynadmayacağam. Sən kafanı toparla, gəl. Səninlə belə vəziyyətdə uğraşa bilmərəm. Fikrin başqa yerlərdədir. Bu üzdən bizə xeyrin yoxdur?. Türkiyə mətbuatının yazdığına görə, bu söhbətdən dərhal sonra Kocaman klub rəhbərliyi ilə də danışıb. O, daha Aleks və onunla bağlı söz-söhbətlərlə məşğul olmaq istəmədiyini deyib: ?Burada tək Aleks deyil, hamımız varıq. O, fikrini tam oyuna verə bilmir. Bu üzdən əsas heyətə daxxil etmədim. Məni ondan ötrü narahat etməyin?. Türkiyədə ildırım sürəti ilə yayılan bu xəbərdən sonra Aleksin komandadan qovulacağı da iddia olunur. Onu da qeyd edək ki, dünən axşamkı qarşılaşmada ?Fənərbaxça? ?Qaziantəpspor?a 3-0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA