Tovuzda gərgin oyun: ?inter? ilk qələbəsini qazandı

img

25-08-2012 [08:25]


Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib. Tovuzun ?Turan? klubu mövsümə uğursuz start verən ?İnter?lə qarşılaşıb. Matçın 35-ci dəqiqəsində "İnter" penalti zərbəsindən yararlana bilməyib. Georgi Adamiyanın vurduğu topu "Turan"ın qapıçısı Andrey Popoviç zərərsizləşdirib. Qarşılıqlı hücumların olduğu oyunun ilk hissəsində qol olmasa da, ikinci hissədə qol yağış kimi gəlməyə başlayıb. İlk qolu rəqib vurub. 35-ci dəqiqədə penaltini yerinə yetirə bilməyən Georgi Adamiya 52-ci dəqiqədə hesabı açıb. Ev sahibi bu qolun əvəzini 74-ci dəqiqədə Salif Ballionun qolu ilə çıxıb. Lakin bərabərlik cəmi 9 dəqiqə çəkib. ?Turan? Azər Məmmədovun qolu ilə önə keçsə də, bu qoldan iki dəqiqə sonra Vladimir Levin hesaba tarazlıq gətirməklə ?İnter?ə qələbə ümidi verib. Oyunun əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə isə Tare Şuts qələbə topunu vurub. Beləliklə, ?İnter? mövsümdə ilk qələbəsini qazanmış olub. Onu da qeyd edək ki, dünən nəzərdə tutulmuş ?Xəzər Lənkəran? ? ?Simurq? oyunu da təxirə salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA