Fərəməz Novruzoğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

img

23-08-2012 [04:59]


Bakının Nizami Rayon Məhkəməsi jurnalist Fərəməz Novruzoğlunu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Hökm avqustun 22-də çıxarılıb. RATİ-nin məlumatına görə, Fərəməz Novruzoğlu Cinayət Məcəlləsinin 220.2 (Kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 318.1-ci (AzərbaycanRespublikasının mühafizə olunan dövlət sərhədini muəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda kecmə) maddələri ilə təqsirli bilinib. İttihamda qeyd olunub ki, Fərəməz Novruzoğlu gənclərin 2011-ci ildə təşkil etdikləri 11 mart - Böyük Xalq Günü aksiyası ərəfəsində ?Facebook? sosial şəbəkəsində xalqı kütləvi iğtişaşa dəvət edib, özünü yandıracağını bildirib. Başqa bir ittihama görə, jurnalist Azərbaycan-Türkiyə sərhədini qanunsuz kecib və 2010-cu ilin noyabrından 2011-ci ilin oktyabr ayına qədər qonşu ölkədə yaşayıb. Fərəməz Novruzoğlu son sözündə ?Azərbaycandan İtaliyaya göndərilən neftin taleyi? və ?Rusiyadan gələn şamlar hara gedir?? məqalələrində ölkə rəhbərliyini ciddi tənqid etdiyinə görə saxta ittihamlarla həbs edildiyini deyib. "Media forum"

Digər xəbərlər
SON XƏBƏRLƏR