BATE və "Malaqa" qələbə qazandı, "Anderlext" uduzdu

img

23-08-2012 [10:52]


UEFA Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunlarına yekun vurulub. "Neftçi" Çempionlar Liqasının III təsnifat mərhələsində yolunu kəsən İsrailin "Hapoel" (Kiryat Şmona) klubu səfərdə Belarusun BATE komandasının qonağı olub. Görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Bu oyunla yanaşı, bu axşam daha 4 qarşılaşma keçirilib. Bütün görüşlər Bakı vaxtı ilə saat 23:45-də başlayıb. "Malaqa" "Panatinaikos"u, AEL "Anderlext"i, "Dinamo" (Zaqreb) isə "Maribor"u məğlub edib. "Braqa" - "Udineze" görüşü isə heç-heçə başa çatıb - 1:1. Qeyd edək ki, play-off mərhələsinin cavab görüşləri bir həftə sonra - avqustun 28-29-da keçiriləcək. Çempionlar Liqasında play-off mərhələsinin ilk oyunları: 23:45. BATE (Belorusiya) - "Hapoel" (Kiryat Şmona, İsrail) - 2:0 Qollar: Rodionov, 29 (1:0), 78 (2:0) 23:45. "AEL" (Kipr) - "Anderlext" (Belçika) - 2:1 Qollar: Junior, 34 (1:0), Mbokani, 62 (1:1), Migel, 72 (2:1) 23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Maribor" (Sloveniya) - 2:1 Qollar: Duje Kop, 10 (1:0), Badelj, 39-avtoqol (1:1), Duje Kop, 74 (2:1) 23:45. "Braqa" (Portuqaliya) - "Udineze" (İtaliya) - 1:1 Qollar: Basta, 23 (0:1), Dos Santos, 68 (1:1) 23:45. "Malaqa" (İspaniya) - "Panatinaikos" (Yunanıstan) - 2:0 Qollar: Demişelis, 17 (1:0), Eliseu, 34 (2:0) 21 avqust ?Bazel? (İsveçrə) - ?Kluj? (Rumıniya) - 1:2 Qollar: Streller, 44 (1:0), Sougou, 66 (1:1), 71 (1:2) ?Kopenhagen? (Danimarka) - ?Lill? (Fransa) - 1:0 Qol: Santin, 38 (1:0) ?Helsinqborq? (İsveç) ? ?Seltik? (Şotlandiya) - 0:2 Qollar: Kommons, 2 (0:1), Samaras, 75 (0:2) ?Borussiya? ( Münhenqladbax, Almaniya) ? ?Dinamo? (Kiyev, Ukrayna) - 1:3 Qollar: Rinq, 13 (1:0), Mixalik, 28 (1:1), Yarmolenko, 37 (1:2), Luk de Yonq, 82 (1:3) ?Spartak? (Rusiya) ? ?Fənərbaxça? (Türkiyə) 2:1 Qollar: Emenike, 59 (1:0), Dik Kyut, 65 (1:1), Kombarov, 69 (2:1)

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA