Eynulla Fətullayev Zülfüqarlı qardazlarının müdafiəsinə qalxdı

img

22-08-2012 [03:27]


?Son günlərdə tanınmış sahibkarlar Zülfüqarlı qardaşlarının gələcək taleyi ətrafında cərəyan edən çox təhlükəli olaylar Azərbaycanda hüquqi dövlətçiliyin mövcudluğunu və gələcək taleyini sual altına alır. Tanınmış sahibkarların mülkiyyətini qəsb etmiş oliqarx qruplaşmanın əlaltısı qismində çıxış edən Rasim Məmmədov adlı şəxsin qoçu dəstələri günün günorta çağı Zülfüqarlı qardaşlarının son mülkiyyəti - kiçik müəssisəsinə hücum edərək oranı da qəsb etmək niyyətini güdür?. Bu barədə ?İnsan Haqları Uğrunda? İctimai Birliyin sədri Eynulla Fətullayevin Azərbaycan və dünya ictimaiyyətinə ünvanladığı müraciətdə deyilir. ?Bu biabırçı olay iqtidarının hər gün öz təbliğat vasitələrindən apardığı ictimai-siyasi təşviqat kampaniyasına ziddir, çünki son illərin ən böyük nailiyyəti kimi sabitliyin və qanunçuluğun bərqərar edilməsinə rəğmən, günorta çağı qeyri-leqal idmançı dəstələrin sahibkarların müəssisəsinə hücumu hökumətin ideoloji ehkamlarını tamamilə inkar edir. Bu hələ bir yana qalsın, oliqarxların qoçuları hər gün Zülfüqarlı qardaşlarının telefonuna mesajlar göndərərək onları ölümlə hədələyir. Əfsus ki, bu özbaşınalıq barədə sahibkarların hüquq-mühafizə orqanlarına müraciəti cavabsız qalır. Hesab edirəm ki, sahibkarların hüquq-mühafizə orqanlara müraciətindən sonra yaranacaq hər bir cinayətə görə artıq rəsmi qurumlar cavabdehlik daşıyacaqlar?. Müraciətin sonunda Azərbaycan hökumətinin bu cinayətlə bağlı müvafiq tədbirlərin görməyəcəyi təqdirdə beynəlxalq demokratik institutların məsələyə müdaxilə etməsinin vacibliyi vurğulanır. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR