icra bazçısı ukraynalı qadının böyrəyini alıb?

img

15-08-2012 [02:05]


Milliyətcə ukraynalı olan Azərbaycan vətəndaşı Alyona Mixayılovna Aleksandr qızı Daşkəsən rayon icra hakimiyyətinin başçısı, keçmiş millət vəkili Əhəd Abıyevdən prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya şikayət edib. Bakı şəhərində yaşayan Alyona Mixayılovna dövlət başçısına və millət vəkilinə ünvanladığı şikayət məktubunda icra başçısı Əhəd Abıyevin onu aldatdığını deyib: ?Əhəd Abıyev qardaşının böyrək çatışmamazlığı xəstəliyidən əziyyət çəkdiyinə görə donor axtırırdı. Mənə müxtəlif vədlər verərək, bu işdə onlara kömək olmağımı, konkret olaraq, böyrəyimi onun qardaşına verməyimi istədi. Bildirdi ki, əməliyyat uğurla keçəndən sonra bütün problemlərini həll edəcəm. Mən onun yalan vədlərinə inanıb, böyrəyimin birini qardaşı üçün verdim. Ancaq əməliyyatdan xeyli zaman keçsə də Əhəd Abıyev məni aldatmaqda davam edir?. Müraciətində ölkə başçısından və xanımından kömək istəyən şikayətçi Əhəd Abıyevin ona olan borcunu verməsini tələb edir. Əhəd Abıyev ?Bizim Yol? qəzetinə açıqlama verərək Alyona Mixayılovnanın ittihamlarını rədd edib. ?Qardaşım İranda əməliyyat olunub. İranda sənədləşdirmə işi aparılmadan, müqavilə bağlanıb, pul ödənilmədən orqan köçürülməsi təşkil edilmir. Onlar da bütün bu proseduraları yerinə yetirəndən sonra əməliyyat olunub. Mən hadisənin iştirakçısı olmamışam?. Ə.Abıyev bildirib ki, əməliyyat 11 ay əvvəl baş tutub. ?Bu qədər vaxt keçəndən sonra niyə bu məsələ gündəmə gətirilir, başa düşmürəm. Kimdir bu maraqlı şəxs ki, şou yaradır?. Bu əsassız və qərəzli məlumatdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR