Dopinq qalmaqalı üzləzən türk: ?Onlar tərbiyyəsizdirlər?

img

15-08-2012 [12:57]


London olimpiadasında 1500 metrəyə qaçış yarışlarında qızıl medal qazanan türk atlet Aslı Çakırla bağlı İngiltərə mətbuatında xoşagəlməz yazıların sayı artmağa başlayıb. İngiltərə mətbuatı türk atletin dopinq qəbul etdiyini iddia edir. Bununla bağlı medianın suallarını cavablandıran türk atlet ?Onlar tərbiyyəsizdirlər və uğurlarımızı həzm edə bilmirlər?,- deyə, münasibətini açıqlayıb. Bu arada isə bəlli olub ki, Aslının ailəsi qələbədən sonra ölüm təhlükəsi ilə qarşılaşıblar. Oyunu telekanaldan canlı izləyən ailə qələbəyə şahid olduqdan sonra isə ciddi problemlə üzləşib. Türkiyə mediası xəbər verir ki, qələbədən sonra Aslının anası Xədicə Çakırın vəziyyəti pisləşərək yerə yıxılıb. ?əstəxanaya qaldırılan ana Çakıra həkimlər həyəcan və stress səbəbindən pisləşdiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA