Biləsuvarda Nə? Harada? Nə zaman? oyunu üzrə çempionat keçirildi

img

13-08-2012 [07:52]


1;suvar İntellektual Klubunun təşkilatçılığı baş tutan çempionatda rayon gənclərindən ibarət olan 7 komanda iştirak etdi. Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə təşkil olunan turnirdə ilk yer uğrunda gərgin mübarizə getdi. Çempionatın reqlamentinə görə komandalar ilk yeri tutacaqları təqdirdə avqustun 18-də Qubada baş tutacaq regional turnirdə iştirak hüququ əldə edəcəkdilər. Nəticədə, birinci yeri Biləsuvar şəhərinin Mübariz İbrahimov adına liseyinin Wise youngs komandası tutdu. İkinci yerə Everest, üçüncü yerə isə Müsəddəs komandası sahib oldu. Qaliblər kubok və diplomlarla təltif olundu. Biləsuvar İntellektual Klubunun sədri Ziya Bağırovun sözlərinə görə, turnirə maraq gözləniləndən də yüksək oldu. O, Wise youngs komandasının Qubada təşkil olunacaq Regional İntellekt Liqasının ilk oyununda Biləsuvarı layiqincə təmsil edəcəyinə inandığını qeyd etdi. Xatırladaq ki, Biləsuvar İntellektual Klubu ?Dünyaya Pəncərə? Biləsuvar Gənclərinin İctimai Birliyi və Xəzər İntellektual Gənclər Klubu tərəfindən Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə təsis edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA