Meksika Braziliyanı çökdürdü

img

12-08-2012 [04:38]


London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub. Londondakı ?Uembli? stadionunda keçirilən qarşılaşmada Braziliya və Meksika qarşılaşıb. Oyun başlayan kimi meksikalı futbolçu Oribe Peralta hesabı açıb. Bundan sonra hesabı bərabərləşdirməyə çalışan Braziliyanın bütün cəhdləri nəticəsiz qalıb. Əvəzində Oribe Peralta 75-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Braziliyanın qol axtarışları 90+1-ci dəqiqədə nəticə verib. ?Portu?lu Hulk rəqib qapısına yol tapıb. Lakin Braziliyanın bundan artığına gücü çatmayıb. Qeyd edək ki, bu olimpiadanın da favoriti hesab olunan Braziliya yığması dünyanın ən titullu komandası olsa da, olimpiya ?qızıl?ını qazanmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA