?Qarabağ? ?Neftçi?ni uddu

img

12-08-2012 [04:16]


Azərbaycan Premyer Liqasının II turuna yekun vurulub. İkinci oyun günündə üç matç baş tutub. Ötən tur ?Kəpəz?i 2-1 məğlub edən Əsgər Abdullayevin başş məşqçii olduğu ?Turan? klubu bu dəfə ?Sumqayıt?ın qarşıında əzmkarlıq göstərə bilməyib. İlk turda AZAL-la heç-heçə edən ?Sumqayıt? səfərdə ?Turan?ın qapısından bir cavabsız top keçirməklə qələbə qazanıb. Baxmayaraq ki, oyun qonaqlar üçün yaxşı başlamayıb. Belə ki, 33-cü dəqiqədə Uğur Pamuk meydandan qovularaq ?Sumqayıt?ı azlıqda qoyub. Lakin Bernhard Raabın yetirmələri əzmkarlıq sayəsində qələbə qazanıblar. Belə ki, 65-ci dəqiqədə penalti qazanan qonaqların heyətində Ruslan Qurbanov topa dəqiq zərbə vuraraq komandasını 3 xala sevindirib ? 0:1 İkinci oyun ?AZAL Arena?da baş tutub və ilk turda ?Sumqayıt?la heç-heçə edən AZAL ?Xəzər Lənkəran?la sülh bağlamış ?Rəvan?ı qəbul edib. Oyuna fəal başlayan AZAL 3-cü dəqiqədə hesabı açıb. Komandanın yeni transferi Joze Junior Aylton fərqlənib. 68-69-cu dəqiqələrdə dubl edən Zohair Benouahi fərqi üç topa çatdırıb. Bundan sonra özünə gələn ?Rəvan? 72-ci dəqiqədə Xuan Manuel Varelanın qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb ? 3:1. Günün və turun son oyununda isə ?Qarabağ?la ?Neftçi? qarşılaşıb. Bütün çempionatların iştirakçısı olmuş komandaların oyunu ?Dalğa Arena?da baş tutub. ?Qarabağ? matçın 42-ci dəqiqəsində hesabı açıb. Qolun müəllifi Qara Qarayev olub. İkinci hissədə isə ?Neftçi? hesabı bərabərləşdirməyə cəhd etsə də, bu, mümkün olmayıb. Qeyd edək ki, turun üç oyunu dünən keçirilib. ?Xəzər Lənkəran? evdə ?Kəpəz?i 4:0, ?Qəbələ? ?İnter?i 1:0 hesabı ilə yenib. ?Bakı? ? ?Simurq? oyununda isə hesab açılmayıb ? 0:0.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA