?Neftçi? bərabərə qaldı, amma...

img

09-08-2012 [12:05]


?Neftçi? Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb. Fanat.az verir ki, Azərbaycan çempionu İsrail çempionatının son qalibi ?Hapoel?i sınağa çəkib. Bu komandalar arasında ötən həftə Hayfada baş tutan oyunda Kiryat Şmona təmsilçisi 4:0 hesablı qələbə qazandığından ?Neftçi?nin mərhələ adlamaq üçün şansı möcüzəyə bağlı idi. Bu səbəbdən Azərbaycan çempionunun meydana imicini qorumaq üçün çıxacağı əvvəlcədən bəlli idi. İlk dəqiqələrdən irəli atılan ?Neftçi? bir neçə qol imkanını boşa verdikdən sonra ? 31-ci dəqiqədə hesab açıldı. Cərimə zərbəsindən topu birbaşa qapıya göndərən Julius Vobay gözəl qola imza atdı. Bundan sonra da hücumlarını davam etdirən ?Neftçi? bir neçə qol imkanını boşa verdi və ilk yarının əvvəllərində İsrail təmsilçisi istədiyi qolu vurdu. 50-ci dəqiqədə Emin Mehdiyevin kobud səhvindən maksimum yararlanan Barak Badaş Saşa Stamenkoviçə heç bir şans vermədi. Qələbə qazanmaq iddiasında olan ?Neftçi? növbəti qolu 76-cı dəqiqədə vurdu. Oyuna 63-cü dəqiqədə daxil olan Cavid İmamverdiyev Vobayın cərimə meydançasına göndərdiyi topu başla tora qovuşdurdu. Lakin ?Neftçi? yenə hesabı qoruya bilmədi. Əlavə vaxtın ilk dəqiqəsində İqor Mitreskinin yoxluğunda müdafiənin mərkəzini ?ələ keçirən? Saşa Yunisoğlunun səhvini Laszlo Lenkse bağışlamadı və oyun 2:2 hesabı ilə başa çatdı. Beləliklə, ?Neftçi? üçün Çempionlar Liqasında mübarizə başa çatdı. Lakin Azərbaycan çempionu Avropada çıxışını davam etdirir. Belə ki, komanda Avropa Liqasının play-off mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdəki rəqibin kimliyi hələ məlum deyil. ?Neftçi? bu rəqibini keçəcəyi halda, Avroliqanın qrupunda çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA