Gənc müğənnini vurdular; Ceyhunun ayağı sınıb

img

23-07-2012 [02:16]


Gənc müğənni Ceyhun Neymətov maşın qəzasına uğrayıb. Bu barədə o, mia.az-a açıqlamasında bildirib. Ifaçının sözlərinə görə, hadisə ötən gecə Xətai rayonu ərazisində baş verib. Ağır yol qəzası gecə saat iki radələrində Əhmədli metrosunun yaxınlığındakı ?Lukoil? yanacaqdoldurma məntəqəsi ətrafında törədilib: ?"Lada" markalı avtomobil Ceyhun Neymətovun idare etdiyi "Wolksvagen Passat" markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Heç bir maşında sürücülər tək olmayıb?. Ceyhun Neymətov hadisənin ani bir nada baş verdiyini deyir: ? ?Xalqlar Dostluğu?ndan ?Əhmədli? metrosuna doğru gedirdim. Qarşı tərəf üçün işıqforun qırmızı işığı yansa da sürücü buna məhəl qoymadan qaydanı pozaraq yüksək sürətlə keçib maşınımı vurdu. Mən ayaqlarımdan, yanımda olan dostum Xəyal başından bərk xəsarət aldıq?. Müğənni ayağında sınıq diaqnozu, dostu isə kəskin baş-beyin travması ilə Sabunçu rayon xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti normaldır. Qeyd edək ki, zərərçəkənlər artıq evə buraxılıb və müalicələri həkim nəzarəti altında evdə davam etdirilir. Ceyhun Neymətov faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açıldığını da əlavə etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA