Azərbaycan Olimpiadada 3-cü medalını qazandı

img

06-08-2012 [12:49]


Azərbaycanın yunan-roma güləşçiləri avqustun 5-də London Yay Olimpiya oyunlarında iki medal qazandılar. 55 kq-da mübarizə aparan Rövşən Bayramovun gümüş medal qazanmasının ardınca daha bir güləşçimiz medala sahib oldu. 74 kq çəki dərəcəsində yarışan Emin Əhmədov yarımfinalda erməni idmançı Arsen Julfalakyana uduzsa da, bir təsəlliverici görüşdə qələbə qazanmaqla Azərbaycana bürünc medal qazandıra bildi. Belə ki, o, Belarus idmançısı Aleksandr Kikinovu məğlub edə bildi. Güləşçimiz ilk hissədə ona uduzdu - 0:2. İkinci yarıda isə Emin bunun əvəzini çıxdı - 2:0. Üçüncü hissədə Emin qələbə qazandı - 1:0. Beləliklə, Emin Əhmədov Azərbaycana 3-cü medal qazandırdı ? BÜRÜNC. Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA