Rövzən Bayramov finalda! Emin Həsənov erməniyə uduzdu

img

05-08-2012 [08:05]


Bu gün yunan-Roma güləşçilərindən Rövşən Bayramov (55 kq) və Emin Əhmədov (74 kq) qüvvəsini sınayıb. Mübarizəyə 1/16 finaldan başlayacaq Pekin olimpiadasının gümüş mükafatçısı Rövşən Bayramov bu mərhələdə rusiyalı Minqiyan Semenovla qarşılaşıb və 4:0 hesabıyla qalib gələrək 1/8 finala yüksəlib. Bu mərhələdə Rövşənin rəqibi amerikalı Tomas Manqo olub. Rövşən bu görüşdə 8:0 hesabıyla qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. 1/4 finalda idmançımızın rəqibi Çin güləşçisi Li Şujin olub. Hər iki hissədə rəqibini 3:0 hesabıyla məğlub edən Rövşən yarımfinala yüksəlib. O, növbəti mərhələdə Qustavo Balarta (Kuba) qalib gələn Ço Qyujin (Cənubi Koreya) olub. Rövşən birinci hissədə bir, ikinci hissədə isə iki xal qazanaarq finala çıxış. Finalda Rövşənin rəqibi İran güləşçisi Həmid Soryan olacaq. Digər təmsilçimiz Emin Əhmədov mübarizəyə 1/8 finaldan qoşulub. İlk mərhələdən azad olan E.Əhmədovun rəqibi 1/16 finalda misirli İslam Tolbaya qalib gələn Neven Zugaj (Xorvatiya) olub. Emin bu görüşdə 5:0 hesabıyla qalib gələrək 1/4 finala adlayıb. Burada o, Gürcüstan idmançısı Zurabi Datunaşvili ilə qarşılaşıb. İlk hissədə Emin 0:3 hesabıyla uduzub, ikinci hissədə isə bu hesabla qalib gəib. Əlavə vaxtda Emin 4:0 hesabıyla qalib gələrək yarımfinala çıxıb. Burada Eminin rəqibi Ermənistan güləşçisi Arsen Julfalakyan olub. Bu gorüş bir azdan başlamalıdır. **** Çox təəssüf ki, bu gün Emin Əhmədov erməni idmançı Arsen Julfalakyana məğlub olub. Amma idmançımız bürünc medal uğrunda mübarizə aparacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA