Deputat Hüseynbala Mirələmovun qardazı oğlu ilə bağlı yeni xəbərlər çıxıb

img

02-08-2012 [02:06]


Deputat Hüseynbala Mirələmova məxsus ?1001 gecə? restoranındakı qətllə bağlı yeni məlumatlar yayılıb. ?Azadlıq?ın xəbərində bildirilir ki, H.Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun qətlə yetirdiyi Ramal Bayramovu ?1001 gecə?yə dostu Səməd Mənsimov çağırıb. ?Onlar 12 nəfər ?1001 gecə"yə gəlib və Rəşad Mirələmovu döyüblər. Rəşad da silahı çıxararaq əvvəlcə Mənsimovu güllələyib. O yaralansa da özünü ölülüyə vurub. Sonra Rəşad Ramala güllə atıb və o ölüb. Rəşad onların hamısını öldürmək istəyirdi, amma qaçıblar" - deyə yazıda bildirilir. Məlumatda R.Bayramovun martın 16-da güllələnməsinə də aydınlıq gətirilir. İddia olunur ki, R.Bayramov ?İnfiniti? adlı barda bir nəfəri möhkəm döyüb. O şəxsin qardaşı isə Ramalı güllələyib. Elə həmin gün Babək prospektində ?Porsche? markalı maşın saatda 260 km sürətlə yük maşınına çırpılaraq alışıb. Nəticədə maşında olan Firudin İsmayılov və Rəşad İbrahimov yanaraq kül olub. Bildirilir ki, İsmayılovla İbrahimov Ramalı güllələyən şəxsi maşınla qovaraq tutmaq istəyirmiş. Lakin qəzaya uğrayıblar. R.Bayramovun anası Nənəş İsmayılova isə deyilənləri qəbul etməyib. Bildirib ki, bu məlumatların əsası yoxdur: ?Ramal haqda nahaq belə məlumatlar yayırlar. Ramalı tanıyanlar heç vaxt belə danışmaz. O, heç bir barda olmayıb. Sadəcə, yolu keçəndə bir nəfər ona güllə atıb. Biz bilmirik niyə belə olub. ?1001 gecə"dəki hadisə ilə bağlı da heç nə bilmirik. Ramalı niyə öldürüblər, onu ora kim çağırıb - bilmirik. Sadəcə, istəyirik ki, hüquq-mühafizə orqanları məsələni ciddi araşdırsınlar". Yayılan son məlumatlarda həqiqət yükünün nə dərəcədə olduğunu öyrənmək üçün ?Yeni Müsavat?ın əməkdaşı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmət rəhbəri Eldar Sultanov deyib ki, hazırda cinayət işi üzrə istintaq davam edir: ?İstintaqın gedişatı barədə əlavə məlumat veriləcək?. Deputat özü isə qardaşı oğlunun törətdiyi cinayətlə bağlı ?Qafqazinfo?ya bunları deyib: ?Bu qətlin üstündən 15 gün keçsə də qəzetlər hər gün bir yeni fərziyyə irəli sürərək mənim adımı hallandırır. Ünvanıma olmazın ittihamları səsləndirilir. Mənsə susuram. Bu susmaq razılıq əlaməti deyil. Haqqımda deyilən hər sözün cavabını verə bilərəm. Lakin bu hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir. Mən millət vəkiliyəm, sıravi adam deyiləm. Verdiyim hansısa açıqlama istintaqa təsir kimi izah oluna bilər. Amma sizə bəzi şeyləri demək məcburiyyətindəyəm?. Deputat deyib ki, onun qohumları ilə bağlı bir neçə il əvvəl də baş verən faciəli hadisəyə görə bir neçə dəfə adını mənasız yerə hallandırıblar: ?Başa düşürəm, cəmiyyətdəki statusumdan dolayı adımın hallanması təbiidir. Lakin yazılanların heç olmasa 10-ca faizi düz olsa, adama təsir eləməz. İndi mən də durub deyə bilərəm ki, bəzi müxalifət qəzetləri deputat seçkiləri vaxtı canlı efirdən etdiyim çıxışın heyfini alır. Heç nə demirəm. Çünki hər şeyi zaman göstərəcək?. H.Mirələmov qətldən təəssüfləndiyini bildirib: ?Axı ölən də, öldürən də gənc Azərbaycan vətəndaşlarıdır. Bizim millətin genofondu idi. Vətən uğrunda şəhid olmaq daha yaxşı olmazdımı? Təəssüf ki, bu hadisə artıq baş verib. Nə etmək olar? Qoy istintaq və ədalətli məhkəmə son sözünü desin. Bəzi jurnalistlərə isə üzümü tutub deyirəm: axı siz başqa insanların düçar olduğu faciəyə niyə sevinirsiniz? Ay filankəsi tutdular, ay qətlin sifarişçisi filankəsdir, ay filankəs ölkədən qaçıb. Vicdanınızın səsinə qulaq asın...?. "Musavat.com"

Digər xəbərlər
SON XƏBƏRLƏR