?Yeni Müsavat?ın saytında problem yazanır

img

30-07-2012 [04:54]


?Yeni Müsavat? qəzetinin saytına giriş məhdudlaşıb. Qəzetin saytı açılsa da, informasiyalarla tanış olmaq mümkünsüzdür. Redaktor Azər Ayxan yaranmış durumla bağlı ?Bizim Yol?a bildirib ki, dünəndən sayt açılmır: ?Bildiyimə görə publika.az və qafqazinfo.az saytlarında da eyni problem yaşanır?. Redaktor deyib ki, mövcud vəziyyətlə əlaqədar araşdırtmaları hələ davam edir. Qəzetin texniki direktoru Cavid Hatəmov hazırda bu məsələ üzərində işləyir, yaxın 1 saat ərzində sayta giriş mümkün olacaq: ?İndiki vaxtda bəzi mənbələr sayta hücum, bəzilərisə texniki problem olduğunu deyirlər. Ancaq biz bir neçə saatdan sonra dəqiq məlumat öyrənib açıqlama yayacağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA