KiVDF Səbail icra hakimiyyətilə birgə jurnalist müsabiqəsi elan etdi

img

26-07-2012 [05:57]


Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqənin məqsədi Səbail rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır. Müsabiqənin mövzusu ?Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər? adlanır. Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılara aid tələblərə görə, dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir, informasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 (bir) ildə, həftə 1 (bir) dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır. Yazılar son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi ?qara siyahı? ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir. Qəzetdə dərc olunmuş yazıda ?Səbail rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün? qeydi göstərilməlidir. Yazıların qəbulu 27 iyul 2012-ci il tarixindən başlayır, 31 sentyabr 2012-ci il tarixində başa çatır. Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması aşağıdakı kimi olacaq: I yer - 1 000 manat II yer - 800 manat III yer - 600 manat Həvəsləndirici mükafat - 200 manat (10 yazı müəllifinə həvəsləndirici mükafat veriləcək) Qaliblər, həmçinin Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR