"Lex"in futbolçusu: "Xəzər Lənkəran"la oyun çətin keçəcək"

img

26-07-2012 [04:29]


"Lənkəranda baş tutan ilk görüşdə biz sübut etdik ki, "Xəzər Lənkəran"dan daha güclü komandayıq. Doğma meydanda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik". Bu sözləri "Lex" klubunun yarımmüdafiəçisi Rafael Muravski "Xəzər Lənkəran"la keçirdiyi oyunöncəsi mətbuat konfransında deyib. Polşalı futbolçu "Xəzər Lənkəran"la oyunun çətin keçəcəyini bildirib: "Bilirəm ki, oyun çətin keçəcək. Rəqibin heyətində çox təhlükəli futbolçular çıxış edir. Bunlardan Adrian Pit, Branimir Subaşiçi qeyd edə bilərəm. Düşünürəm ki, "Xəzər Lənkəran" Azərbaycanın güclü komandalarından biridir. Ancaq bizim də çox yaxşı komandamız var. İnanıram ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq". Qeyd edək ki, "Lex" - "Xəzər Lənkəran" oyunu bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA