Vüqar Səfərli: ?Keçən dəfə də hay-küy salmızdı, gətirtdik, baza saldıq, oturtduq yerində?

img

22-07-2012 [04:08]


İyulun 20-də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) Milli Mətbuat günü ilə bağlı elan etdiyi yazı müsabiqəsinin nəticələri bu dəfə də narazılıq yaradıb. APA-nın redaktoru Cavid Cabbaroğlunun ?Şah İsmayılın xanımı Çaldıran döyüşündə əsir düşübmü?? başlıqlı yazısı müsabiqədə yer tutmayıb. C.Cabbaroğlu ötən müsabiqədə də KİVDF-nin müsabiqəsinin nəticələrindən narazı qalmışdı və bununla bağlı mətbuatda uzun müddət müzakirələr aparılmışdı. Son müsabiqənin nəticələri ilə bağlı o, ?Facebook?da öz fikirlərini paylaşıb. Jurnalist bildirib ki, KİVDF hətta özünün keçirdiyi müsabiqələrdə də başlıqları, hətta imzaları sifariş edir: ?Ekspertlərin yazıları oxuması isə formal xarakter daşıyır. İctimai müqaviməti zəiflətmək üçün çox yaxşı üsul tapıblar - hər dəfə ?Azadlıq" və ?Yeni Müsavat?ın hərəsindən bir əməkdaşı qalib elan edirlər ki, maxinasiyalarından yazan olmasın, heç kim soruşmasın ki, niyə Vüqar Səfərova məxsus iki qəzet - ?Mövqe? və ?Futbol+qol? hər dəfə dövlətin mətbuata ayırdığı ən yüksək məbləği (50 min manat) almalıdır? Necə olur ki, dünənədək krossvord qəzeti olan ?Mövqe? qəzeti Vüqar Səfərov KİVDF-nin sədri olduqdan sonra ölkənin aparıcı mətbu orqanları ilə bir sırada ?dayanmağa? başladı? Niyə hər müsabiqədə bu qəzetlərin əməkdaşları qalib elan olunmalıdır? Bu adamlara kim ixtiyar verib ki, dövlətin və prezidentin mətbuata ayırdığı külli miqdarda vəsaiti dədələrinin pulları kimi xərcləyirlər? Vüqar Səfərov getdikcə Azərbaycan mətbuatının Qəddafisinə, Bəşər Əsədinə çevrilməkdədir..." KİVDF sədri Vüqar Səfərli C.Cabbaroğlunun ittihamlarına cavab verib. Fond sədri ?Yeni Müsavat?a açıqlamasında bildirib ki, C.Cabbaroğlunun yazılarını kifayət qədər ciddi və peşəkar ekspertlər qiymətləndirib: ?Onlar təkcə peşəkarlıqları ilə yox, həm də obyektivlikləri ilə seçilən ekspertlərdir. Əgər Cavid Cabbaroğlunun hər hansı narazılığı, etirazı varsa, buyurub şikayət verə, fonda ərizə ilə müraciət edə bilər. Onun iştirakı ilə yenidən yazı qiymətləndirilə bilər. Cavid Cabbaroğlunun yazısı ?Diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi" istiqaməti üzrədir. Mən onun dediklərindən sonra yazıya baxdım. Çünki yazılara mən oxuyub qiymət vermirəm. Məlum oldu ki, ekspertlər yazıya haqlı olaraq aşağı qiymət veriblər. Çünki bu yazı açılmayıb, mövzu tam əhatə edilməyib. Yazının verilən mövzuya uyğunluğu çox azdır. Mən götürüb onun balını artırası deyiləm ki? Əgər narazıdırsa, fonda müraciət etsin, ekspertləri çağırım. Müzakirə etsinlər ki, niyə aşağı bal veriblər yazıya. Bayramqabağı bu qanqaraçılıq kimə lazımdır..." V.Səfərli onu da bildirib ki, jurnalistin ötən il də yazısı müsabiqədən keçməmişdi: ?Həmin vaxt Cavid Cabbaroğlu bizə öz etirazını bildirmişdi. Amma ekspertlər onu çağırdılar, özünün iştirakı ilə yazı müzakirə olundu. Bu cür məsələlər qəzet səhifələrində müzakirə olunmur axı. Narazıdır, gəlsin, fonda müraciət etsin. Keçən dəfə də hay-küy salmışdı, gətirtdik, başa saldıq, oturtduq yerində?. Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR