Milli QHT Forumu əlillərlə bağlı layihə həyata keçirir

img

18-07-2012 [01:17]


baycan Milli QHT Forumu ?Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası" adlı layihə həyata keçirir. Layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihə çərçivəsində Bakı şəhərinin 11 rayonunun İcra Hakimiyyətində seminarlar keçiriləcəkdir. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir. 19 iyul 2012-ci ildə Xətai Rayon 254 saylı orta məktəbdə layihə çərçivəsində seminar keçiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR