Anar iranın dini lideri Xamneiyə müraciət edib

img

06-07-2012 [06:28]


Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB), Xalq yazıçısı Anar AYB-in üzvü olan gənc şairlər Fərid Hüseynin və Şəhriyar Del Geraninin (Hacızadə) İranda həbs edilməsi ilə əlaqədar bu ölkənin ali dini rəhbəri Ayətullah Xameneiyə müraciət edib. Müraciətdə deyilir: ?İki gənc şairimizin ? AYB-nin üzvü Fərid Hüseynin və Şəhriyar Del Geraninin İranda həbs edilməsi bizi çox narahat edir. Bu xəbəri alan kimi Yazıçılar Birliyi dərhal bəyanat verdi. İndi mən Sizə müraciət edirəm. Azərbaycan nümayəndə heyətinin tərkibində Tehranda olarkən Siz bizi qəbul etdiniz. Qəbul zamanı Siz böyük şairimiz Şəhriyarı xatırladınız, onunla dostluğunuzdan danışdınız, hətta ?Heydərbabaya salam? şeirindən bir neçə beyti oxudunuz. Ümid edirəm ki, Şəhriyarın mənəvi övladları olan iki gənc istedadlı şairimizin taleyinə biganə qalmayacaqsınız, onların tezliklə azad olunması üçün nüfuzunuzu və imkanlarınızı əsirgəməyəcəksiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA