"Eurovision 2012"nin ulduzları bir yerə toplazacaq

img

03-07-2012 [03:23]


Portuqaliyanın rəsmi Fan Klubunun Setubal şəhər bələdiyyəsinin dəstəyi ilə gerçəkləşdirdiyi "Eurovision Live Consert" festivalının bu il keçiriləcəyi tarix açıqlanıb. Eurovision ulduzları bu dəfə sentyabrın 8-də Portuqaliyanın Lissabon şəhəri yaxınlığındakı Setubalda görüşəcəklər. ANS PRESS-in "eurovision.az" a istinadla verdiyi məlumata görə, müsabiqənin builki təmsilçilərindən bir neçəsi konsertdə iştirakını təsdiqləyib. Yunanıstandan Eleftheria Eleftheriou, İsveçrədən "Sinplus" qrupu, eləcə də Portuqaliyanın builki təmsilçisi Filipa Sousa sentyabrın 8-də Setubalda olacaq. Konsertə "Eurovision 2012"nin qalibinin də gəlişi gözlənilir. Layihədə ümumilikdə 12 ölkə təmsilçisinin çıxışı planlaşdırılıb. Digər ifaçıların növbəti həftələrdə müəyyənləşəcəyi bildirilir. İki saat yarımadək davam edəcək konsert şəhərin mərkəzində, yarımadanın ən böyük çayı olan Taqusun cənub sahilində, açıq havada təşkil olunacaq. Bununla əlaqədar "Auditorium Jose Alfonso" kompleksi artıq festivala hazırdır. Qeyd edək ki, "Eurovision Live Consert" layihəsi müsabiqədən sonra keçirilən genişmiqyaslı festivallardan biri hesab olunur. #305;r. Qeyd ed

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA