05-07-2012 [04:13]
01;dbir ECOSOC-un ?Minilliyin məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində kasıbçılığın aradan qaldırılması üçün bacarıqların və faydalı işlərin dəstəklənməsi? başlığı altında yüksək səviyyəli toplantısında baş tutdu.
Xəbər verildiyi kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondu İyulun 2-9-da Nyu-York şəhərində, BMT-nin Baş Qərargahında BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılıb. Bu toplantıda BAMF ?Dayanıqlı və geniş inkişaf istiqamətində işləyən donor və partnyorların toplantısı? adlı tədbirini keçirdi. Tədbirdə vətəndaş cəmiyyəti və BMT-nin donor icmasını təmsil edən nümayəndələr iştirak etdilər. ECOSOC-un QHT-lər Bölməsinin rəhbəri cənab Andrey Abramov Azərbaycanın BMT-dəki missiyası tədbirdə yaxından iştirak edib. Son illər dayanıqlı və geniş inkişaf istiqamətində həyata keçirilən işlərdə BAMF-a ən çox dəstək göstərən ABŞ Dövlət Departamentini xanım Kone Hensman təmsil edib.
Açılış sözü ilə tədbiri açıq elan edən BAMF-ın sədri Umud Mirzəyev kasıbçılıq və aclıq məsələsinə müraciət edərək bu sahədə mövcud olan qlobal strategiyanı müzakirə etmək üçün dayanıqlı və əsaslı inkişafa dəstək olan donorlar və tərəfdaşlarla görüşməyə ehtiyac olduğunu vurğulayıb. Cənab U. Mirzəyev deyib: ?Son dövrdə maliyyə böhranının təsiri altında üzləşilən mənfi təsiri nəzərə alsaq, bəzi inkişaf yönümlü işlərdə dayanıqlılığı saxlamaq çətin olmuşdur. Donor təşkilatlar fondlarını azaltmış, bəzi donorlar isə müəyyən layihələrin maliyyələşdirilməsini dayandırmışlar. Ancaq Minilliyin inkişaf Məqsədlərinə (MİM) nail olmaq üçn 2015-ci ilin sonuna kimi dayanıqlı inkişaf aksiyaları maliyyələşdirilməli və dəstəklənməlidir?.
Tədbirdə çıxış edən Azərbaycan Miili Məclisinin üzvü xanım Qənirə Paşayeva vətəndaş cəmiyyətinin inkişafı üçün Azərbaycan hökumətinin göstərdiyi səylərdən söz açmışdır. Ölkə qanunvericiliyi yerli və beynəlxalq QHT-lərə səmərəli fəaliyyt göstərmək üçün əlverişli imkan yaradır. Azərbaycan da kasıbçılıq halları ilə üzləşir, çünki 1 milyondan artıq adam hələ də məcburi köçkün həyatını yaşamaqdadır.
Xanım Q. Paşayeva deyib: ?Beynəlxalq təşkilatlar erməni hərbi qüvvəlrinin şərtsiz olaraq Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik əraziləri tərk etmələrinə dair BMT-nin imzalamiş olduğu 4 qətnamənin yerinə yetirilməsi təmil olunmadığı halda Azərbaycanda dayanıqlı və əsaslı inkişaf tam həyata keçirilə bilməz?.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının nümayəndəsi cənab Məhəmməd Məhərrəmov qaçqınlar və məcburi köçkünlər sahəsində Azərbaycan hökumətinin görmüş olduğu müsbət işlərdən söz açaraq dedi: ?Görülmüş işlərin nəticəsi olaraq qaçqınlar və məcburi köçkünlər arasında kasıbçılığın səviyyəsi 74%-dən 18% enmişdir. Hökumətin göstərdiyi səylərə baxmayaraq hələ də 400 min məcburi köçkün çətin vəziyyətdə, müvəqqəti yaşayış məntəqələrində yaşayır. Odur ki, bu istiqamətdə işlərin davamlı həyata keçirilməsi üçün donor dövlətlərin və beynəlxalq təşkilatlarin dəstəyinin hələ də böyük əhəmiyyəti var?.
BMT QAK-ın Nyu York ofisinin direktoru cənab Udo Canz məcburi köçkünlərin vəziyyətinin həmişə gündəlikdə olmasının vacibliyini qeyd edib. Azərbaycanda məcburi köçkün məsələsinə toxunan cənab Udo Cans bu istiqamətdə gələcəkdə görüləcək işlərin hələ çox olduğunu bildirib və deyib ki, Dağlıq Qarabağ məsələsi həll edildikdən sonra yeni problemlərin çözülməsinə ehtiyac olacaq?.
BMT İP-nin Mərkəzi Asiya və Azərbaycan üzrə bölməsinin rəhbəri cənab Jan Harfist iştrakçılara müraciət edərək deyib: ?Dayanıqlı insan inkişafı BMT İP-nin fəaliyyətinin əsasını təşkil edir. Kasıbların və marginləşmiş (zəif) qrupların ehtiyacları inkişaf prioritetləri olaraq qaldıqca, iqtisadi inkişaf iş yerləri yarada və kasıbçılığı aradan qaldıra bilməyəcəkdir?.
Digər fikir YUNİSEF-un nümayəndəsi xanım Suba Jayasekanan tərəfindən söylənilib. O, diqqəti kasıbçılığın aradan qaldırılması istiqamətində YUNİSEF-in müraciət etdiyi yeni fəaliyyətdən - ?Uşaqların hüquqları və biznes prinsipləri? layihəsindən söhbət açıb.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəsi xanım Envera Selimoviç əhali arasında bərabər dayanıqlı inkişaf sahəsində QHT-lərin, xüsisilə də BAMF-ın fəaliyyətini yüksək dəyərləndirib.
Tədbirdə ? Dayanıqlı inkişaf istiqamətində əsas məsələlər kasıbçılıq, gender balansı, uşaq haqları, əlillər, təhsil, səhiyyə və ətraf mühit məsələsidir? deyən ECOSOC-un QHT-lər Bölməsinin rəhbəri cənab Andrey Abramov QHT-lərə, xüsusilə də BAMF-a öz fəaliyyətini genişləndirməyi, dayanıqlı inkişaf istiqamətində dəstəyə ehtiyacı olan ölkələrdə də aksiyalar həyata keçirməyi tövsiyyə edib. ?2011-ci ilin dekabrında Azərbaycana olan səfərim zamanı donor və QHT-lər arasındakı səmərəli əməkdaşlığını şahidi oldum. Dayanıqlı inkişafın bir vasitəsi kimi, təlimlər və mikro-maliyyələşdirmə də daxil olmaqla, kənd təsərrüfatı praktikasının inişaf etdirilməsinin BAMF modeli digər ölkələrdə, məsələn Mərkəzi Asiya ölkələrində də tətbiq edilə bilər?.
İclasda MİM uğurla nail olmaq üçün donor ? QHT tərəfdaşlığının davam etdirilməsi məsələsində yekdil razılıq əldə edilib. BAMF-ın təqdimatı zamanı donorların maliyyə dəstəyi davam etdikcə, son illərdə əldə edilmiş uğurlar kasıbçılığın aradan qaldırılmasının mümkün olduğunu aydın şəkildə nümayiş etdirib. Qırğızıstandan ?Qadın Hüquqları Forumu? və Nigeriyadan olan Dünya Missiyası Fondu əsas məsələyə toxunaraq, dayanıqlı inkişaf üçün qadın məsələlərinin müzakirələrdə əsas olmasını vurğulayıblar.
ABŞ Dövlət Departamentinin nümayəndəsi xanım Kone Hensman BAMF-ın Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən məmnun olduğunu, təşkilatın bu istiqamətdə aparılan işlərin önündə getməsindən təsirləndiyini ifadə edib.
Sonda BAMF-ın sədri U. Mirzəyev bütün iştirakçılara tədbirin uğurlu keçməsində gördükləri işə görə dərin təşəkkürünü bildirmişdir. ?Biz həmçinin, fövqəladə hallarda üzləşilən kasıbçılığa müraciət edən donorlar, partnyorlar və QHT-lər üçün qlobal strategiyanı hazırlamağı düşünürük. BAMF bugünkü nəticələrə əsaslanaraq ?2015-ci ilə kimi kasıbçılığın aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu? adlı hesabat hazırlayacaq, ECOSOC-un QHT-lər bölməsi və vətəndaş cəmiyyəti təşkilatları ilə bölüşüləcəkdir?. O əlavə etmişdir: ?O da qeyd edilməlidir ki, bu toplantı QHT-lər və Azərbaycan vətəndaş cəmiyyəti üçün uğurlu addım hesab edilməlidir. BAMF Azərbaycandan belə yüksək səviyyəli tədbiri keçirən ilk QHT-dir. Bu gün BAMF-ın tərcümeyi-halında yeni bir səhifə açıldı və biz ümid edirik ki, dayanıqlı və əsaslı aksiyalar həyata keçirməklə Azərbaycanda, Asiya və Avropanın qonşu ölkələrində kasıbçılığın aradan qaldırılmasına dəstək olmaq olar?.
Xatırladırıq ki, BAMF ECOSOC-un xüsusi məşvətəçi statuslu üzvüdür və dəfələrlə BMT-nin Yüksək Səviyyəli Toplantılarında şifahi və yazılı müraciətlərlə çıxış etmişdir.