iyulun 3-də Fred Asif anılacaq

img

02-07-2012 [12:43]


İyulun 3-də, saat 11-00-da ikinci Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Fred Asifin (Asif Yusif oğlu Məhərrəmov) anım tədbiri keçiriləcək. İştirak etmək istəyənlər tədbirə qatıla bilər. Xatırladaq ki, Fred Asif 1952-ci il, iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın ermənilərlə həmsərhəd kəndlərində düşmənə qarşı döyüşüb. Sonralar isə hərbi hissə yaradaraq torpaqlarımızı erməni təcavüzündən müdafiə edib. Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ildə dekabrın 7-də Azərbaycanın Milli Qəhrəmanı adına, ?Məhəmməd Əsədov Mükafatına? layiq görülüb. Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də müharibədə aldığı yaraların nəticəsində dünyasını dəyişib. İyulun 3-də Bakı şəhərində 2-ci Fəxri Xiyabanda dəfn edilib. Bakının küçələrindən biri onun adını daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA