Ziya Məmmədovun oğlu qəzetə məktub yazdı...

img

24-06-2012 [03:00]


Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nümayəndəsi Ruslan Məmmədov ?Yeni Müsavat? qəzetimizə məktub yazıb. Səbəb isə qəzetin 17 fevral 2012-ci il tarixdə ?Yevlax Avtovağzal? ASC-nin İdarə Heyətinin sədri Məmmədov Bəhrəm Niyaz oğlunun rəhbərlik etdiyi ASC-nin əmlakının əlindən alınması ilə bağlı Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransı keçirməsi barədə məlumat verilməsidir. Nazir oğlunun nümayəndəsi ?Olaylar? İnformasiya Agentliyindəgedən və istinad olunan xəbərə təkzib verilməsini tələb edir. Mövzu ilə bağlı danışan qəzetin hüquqşünası Vaqif Hüseyn bildirib ki, istinadla verilən məlumata görə, ?Yeni Müsavat? məsuliyyət daşımır: ?Təkzib məlumatı ?Olaylar" İnformasiya Agentliyi tərəfindən artıq verilib. Qeyd edim ki, sözügedən xəbəri ?Yeni Müsavat? qəzeti həmin informasiya agentliyinə istinadən dərc edib. Belə olan halda isə qəzet hər hansı bir məsuliyyət daşımır". Hüquqşünas deyib ki, məlumat istinad olunan mənbə tərəfindən təkzib olunduğuna görə, onun təmsil etdiyi qəzet məlumatın doğru olmadığını deməklə kifayətlənir. Musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR