Redaktorlar qəzet yayımındakı problemləri müzakirə edib

img

23-06-2012 [02:26]


Dünən ?Ayna-Zerkalo? qəzetlərinin redaksiyasında bir sıra aparıcı kütləvi informasiya vasitələrinin, ?Qaya? Mətbuat Yayımı Firmasının, Mətbuat Şurasının rəhbərləri bir araya gəlib. Toplantıda ATƏT-in Bakı ofisinin təmsilçiləri də iştirak edib. ?Ayna-Zerkalo? qəzetlərinin baş redaktoru Elçin Şıxlı, ?Azadlıq? qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev, ?Bizim Yol? qəzetinin baş redaktoru Bahəddin Həziyev, ?Qaya? Mətbuat Yayımı Firmasının direktoru Xanhüseyn Əliyev, Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli, ?Turan? İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, ?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu, ?Yeni Nəsil? Jurnalistlər Birliyinin sədri Arif Əliyev son vaxtlar qəzet yayımında yaranmış problemləri müzakirə etmək üçün toplanmışdılar. ?Yeni Müsavat? və ?Azadlıq? qəzetlərinin rəhbərləri bu nəşrlərə qarşı məmurlar tərəfindən irli sürülən iddialar və məhkəmə prosesləri, tələb olunan cərimələr, eləcə də, ?Qasid? firmasından pullarını ala bilməmələrindən danışdılar. Rauf Arifoğlu rəhbərlik etdiyi qəzetə qarşı 2 milyon 450 min manatlıq cərimə tələbi irəli sürüldüyünü deyib. ?Qaya? firmasının sədri Xanhüseyn Əliyev Bakıda, eləcə də, bir çox rayonlarda onlara məxsus köşklərin götürüldüyünü deyib: ?Tək Sumqayıtda bu yaxınlarda 3 köşkümüzü götürdülər?. Mehman Əliyev bu məsələ ilə bağlı araşdırma aparıldığını, ancaq onun təzələnməsinə ehtiyac olduğunu dedi. O, bu məsələ ilə bağlı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şəbəsinin müdiri Əli Həsənovla görüşməyin faydalı ola biləcəyini deyib. Bu təklif qəbul olunub. "Bizim yol"

Digər xəbərlər
SON XƏBƏRLƏR