Qarabağ qaziləri layihənin birinci hissəsini uğurla baza çatıb

img

22-06-2012 [02:46]


baycan Respublikası QHT-lər Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Qarabağ qaziləri? İctimai Birliyi (QQİB) tərəfindən həyata keçirilən ?Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə və onların ailə üzvlərinə komyüter kursunun təşkili? layihəsinin birinci hissəsi artıq uğurla başa çatıb. Bu barədə sözü gedən layihənin rəhbəri, ?Qarabağ qaziləri? İctimai Birliyinin sədr müavini Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, ümumilikdə 4 ay olan layihənin birinci hissəsi 2 ay nəzərdə tutulub. Arxada qalan 2 ay ərzində Qazilər əvvəlcədən icra planında nəzərdə tutulan bütün işləri başa çatdırıblar. Layihənin məqsəd və vəzifələrindən danışarkən F.Məmmədov bunları bildirib: ?Bizim həyata keçirdiyimiz layihənin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə dəstək olmaqdır. Bu məqsədlə də biz sözügedən təbəqənin nümayəndələri üçün kompyüter kursunun tədrisini həyata keçiririk. Bununla bağlı əvvəlcə kompyüter kurslarına ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərindən 18 nəfərin müəyyənləşdirdik. Layihədə 15 nəfər nəzərdə tutulduğundan əlavə 3 nəfərə ?Qarabağ qaziləri? birliyinin daxili imkanları hesabına təlim keçirilir. Onlar üçün peşəkar kompyüter müəllim tərəfindən kompyüter kursunun təşkilini reallaşdırdıq. 1 aydır ki, onlar üçün tədris başlayıb. Bundan sonra daha 2 ay da kurslar davam edəcək?. Təlim kurslarını uğurla başa vuran müdavimlər sertifikatlar veriləcək və gələcəkdə onların işlə təmin olunmasında birlik yardımçı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR