"Xural" qəzetinin apellyasiya zikayətinə baxılıb

img

21-06-2012 [04:45]


Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim İlham Əsədovun icraatında ?Xırdalan Pivə? - Bakı-Baltika MMC -nin baş direktoru Adam Tlexurayın ?Xural? qəzeti və qəzetin baş redaktoru Əvəz Zeynallıya qarşı qaldırdığı iddiadan "Xural" qəzetinin apellyasiya şikayətinə baxılıb. Xatırladaq ki, ötən məhkəmə iclasında vəkil Elçin Sadıqov hazırda həbsdə saxlanılan ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməyə gətirilməsilə bağlı vəsatət qaldırmış və bunu onunla izah etmişdi ki, adı iddia ərizəsinə salınan məqalələr ?Xural? qəzetində dərc olunub və bu haqda daha ətraflı məlumatlar qəzetin baş redaktoru Əvəz Zeynallıya yazılı olaraq şikayət ərizəsi şəklində təqdim olunub. Bundan başqa Əvəz Zeynallı dəfələrlə məhkəməyə müraciət edərək, prosesdə məhz özünün iştirakının vacibliyini vurğulayıb: "Mənim bu məhkəmədə iştirakım vacibdir. Əgər bu dəfə də məhkəməyə gətirilməyimlə bağlı hakim qaldırdığımız vəsatəti rədd etsə, o zaman nümayəndəmiz də məhkəmədə danışmaqdan imtina edəcək və bu halın da özü söz və ifadə azadlığına növbəti basqı kimi dəyərləndiriləcək." Məhkəmədə Adam Tlexurayın nümayəndəsi, "Bakı-Baltika" MMC-nin hüquqşünası Arif Ağayev də məhkəməyə qatılmayıb. Məhkəmə təyin olunan vaxtdan 20 dəqiqə keçməsini əsas gətirərək, yerində məsləhətləşmələr apardı və vəkil E.Sadıqovun onlara Ə.Zeynallının məhkəməyə gətirilməsilə bağlı vəsatətini yenidən qəbul etməyib. Məlumat üçün bildirək ki, 2011-ci ilin avqust ayında ?Xural? qəzeti ?Xırdalan pivə? kimi tanınan ?Baltika-Bakı? MMC-nın həddindən artıq keyfiyyətsiz pivə istehsal etməsindən, MMC-nin rəhbəri Adam Tlexurayın 20 Yanvar şəhidlərinə qarşı işçilərin gözü qarşısında etdiyi hörmətsizliklər haqqında yazıb. Həmin məqalələrdə qeyd olunurdu ki, zavoda böyük həcmdə ?vozvrat pivə? daxil olub və bu pivələrin istehsal prosesi texniki qaydalara riayət olunmadan həyata keçirilib. Bu haqda məlumatı XuralTAC-a verən mənbənin sözlərinə görə, baş ofisi Sankt-Peterburqda yerləşən şirkət bu məqsədlə Bakıya yoxlama göndərib. Yoxlama zamanı məlum olub ki, zavod keyfiyyətsiz pivə istehsal etməklə şirkətin adına xələl gətirib. Mənbə onu da bildirib ki,davamlı olaraq keyfiyyətsiz pivələr geri qaytarılır: ?Zavod rəhbərliyi bu "problemin" asan yolunu tapıb. Gələn pivələri pivəbişirmə sexlərinə töküb, yenidən bazara qaytarır?. Mənbə keyfiyyətsiz pivələri tanımağın elə də çətin olmadığını söyləmişdi: ?Pivənin rəngi ağarır və şüşələrin dibində ciddi çöküntü meydana gəlir?. Vəkil E.Sadığov ?Xural? qəzetinin redaksiyaya daxil olan şikayət ərizəsi əsasında material dərc etdiyini də məhkəmə heyətinin diqqətinə çatdırmışdı: ?Mən hesab edirəm ki, jurnalist əgər öz peşəsini layiqincə, fakt və sənədlərə əsaslanaraq yerinə yetirirsə, o zaman kimliyindən asılı olmayaraq onun haqqında lazımi materiaları yaza və yaya bilər. Bu məsələdə də ?Xural? qəzetinin redaksiyasına kifayət qədər fakt və dəlillər daxil olub və bunların əsasında yazılan məqalələrin heç birində Adam Tlexurayın şərəf və ləyaqətinə toxunacaq bir cümlə belə işlənilməyib. ?Xural? qəzeti ?Bakı-Baltika? MMC-nin ?Xırdalan Pivə?ləri adı altında tərkibində mikrob tapılan pivələrin təkrar istehsal üçün çənlərə töküldüyü haqda məlumat yayıb ki, növbəti məhkəmə prosesində biz bu görüntüləri məhkəməyə təqdim edəcəyik. Adam Tlexuraya gəlincə, o ?Bakı-Baltika? MMC-nin Sank-Peterburqda yerləşən Mərkəzi İdarəsi tərəfindən dəfələrlə yoxlamalara məruz qalıb və işində buraxdığı ciddi nöqsanlara görə (?!) Bakıda tutduğu vəzifəsindən kənarlaşdırılıb?. Hakim lazımı dəlil və faktların araşdırmalarının aparılması və nümayəndələrin iştirakını təmin etmək məqsədilə prosesin gedişində fasilə elan edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR