Jurnalist Gənc Ailələrə Sosial və Psixoloji Dəstək ictimai Birliyinə sədr seçildi

img

21-06-2012 [03:22]


15 iyun 2012-ci ildə bir qrup ictimai fəal şəxslər tərəfindən Gənc Ailələrə Sosial və Psixoloji Dəstək İctimai Birliyi təsis edilmişdir. Birliyin əsas məqsədi gənc ailələrə psixoloji, hüquqi, tibbi və sosial dəstək göstərmək və onların maarifləndirilməsindən ibarətdir. Birliyin Sədri jurnalist İradə Cəlilova seçilmişdir. Birliyin vəzifələri sırasına aşağıdakılar daxildir: ? gənc ailələrin sosial problemləri ilə bağlı araşdırmalar aparmaq; ? ailə quran gənclərin psixoloji xidmətlərə çıxışını təmin etmək; ? Gənc qadınların ailə-daxili zorakılıqdan qorunmasına yardım göstərmək; ? Məişət zorakılığının qurbanı olan gənc qadınlara xidmətlər göstərmək; ? Gənc ailələrin məşğulluq problemlərinin həllinə dəstək göstərmək; ? Gənc ailələrin övladlarının maarifləndirilməsinə dəstək göstərmək; ? Gənc ailələr üçün təlim və seminarlar keçirmək; ? Erkən nikahların qarşısının alınması üçün tədbirlər həyata keçirmək Birlik müxtəlif dövlət orqanları, beynəlxlaq təşkilatlar, QHT-lər və KİV-lərlə sıx əməkdaşlıq edəcəkdir. Birlik öz fəaliyyətini daha da genişləndirmək üçün artıq müxtəlif Koalisiya və Şəbəkələrə üzvlük üçün müraciət etmişdir. Artıq Yolların Təhlükəsizliyinə Dəstək QHT Koalisiyası Birliyi üzvlüyə qəbul etmişdir. Yaxın zamanlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi ilə görüşlərin keçirilməsi üçün müraciət ediləcəkdir. Birlik Fecebookda öz səhifəsini yaratmışdır və fəaliyyəti ilə bağlı mütamadi olaraq səhifədə məlumatlar yerləşdiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR